"İstəmirəm uşaqlarım acından ölsün"
İlqar Vasilyeviç plastik materiallar toplayıb satmaqla pul qazanır. 8 yaşlı qızı Anqelina da atasına bu işdə kömək edir. Karantindən əvvəl onlar hər səhər Zabrat qəsəbəsindən şəhərə velosipetlə gəlirdilər. İndi isə ancaq evə yaxın ərazidə işə çıxa bilirlər, bu isə demək olar ki onlara heç bir qazanc gətirmir. Epilepsiya xəstəsi olan İlqar başqa yerdə işləyə bilmir. Onlar Zabratdakı rus-azərbaycan qəbirsanlığının yanındakı yarımtikilidə yaşayırlar. Karantin səbəbindən Anqelina məktəbə gedə bilmir, evdə internet olmadığından onlayn dərslərə də qatılmır. Tək istəyi normal evdə yaşamaq və dərslərinə davam edə bilməkdir.
Episodes
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə Ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb
-
Noyabr 26, 2024
Azərbaycanda icbari tibbi sığortanın vəziyyəti necədir?