"Azərbaycandakı siyasi məhbus problemi öz həllini tapmalıdır"
Bir sıra ölkələr koronovirusla bağlı cəzaçəkmə müəssisələrində olan məhkumların azadlığa buraxılması istiqamətində addımlar atıb. Ümumdünya Səhiyyə Təşkilatının və bir sıra beynəlxalq təşkilatların tövsiyələrinə əsasən, tibbi müayinələrin, tibbi xidmətlərin daha zəif olduğu qapalı məkanlarda şəxsləri saxlamaq risklidir. Bu epidemiyanın daha çox yayılmasına gətirib çıxara bilər. Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, Azərbaycanda da sağlamlığında ciddi problemləri olan, ahıl yaşına çatmış, yaşı 60-dan yuxarı olan şəxslər, xüsusilə ağır cinayət törətməyən məhbuslar və cəza müddətinin bitməsinə az qalmış 12 ay və ya 12 aydan az qalmış məhkumlar azad olunmalıdır. O, həm də bildirib ki, Azərbaycandakı siyasi məhbus problemi öz həllini tapmalıdır.
Episodes
-
Yanvar 14, 2025
“Meydan TV” jurnalisti Xəyalə Ağayeva həbsdə saxlanılıb
-
Yanvar 14, 2025
Kaliforniyada yanğınlar davam edir