"MSK siyasi iradədən asılı olduğu üçün hal-hazırda belə bir nəticə ilə üzləşirik"
Fevralın 22-də Bakı Apelyasiya Məhkəməsində 34 saylı Xətai ikinci Seçki Dairəsindən deputatlığa namizəd Səməd Rəhimlinin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb. Keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Səməd Rəhimlinin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb. Səməd Rəhimli deyir ki, nə məhkəmə, nə də MSK təqdim etdiyi faktları sübut kimi qəbul etmədi. O, Ali Məhkəməyə müraciət edəcəyini bildirib. Səməd Rəhimli hesab edir ki, bu qərar tək onun işi ilə bağlı deyil.
Episodes
-
Yanvar 14, 2025
“Meydan TV” jurnalisti Xəyalə Ağayeva həbsdə saxlanılıb
-
Yanvar 14, 2025
Kaliforniyada yanğınlar davam edir