Bakıda Çay və Qəhvə festivalı keçirilib
Festival çərçivəsində şəhərin bütün çay və qəhvə peşəkarları bir araya gəlib. Təşkilatçı şirkətin təmsilçisi Aynur Tağıyeva Amerikanın Səsinə bildirib ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır. Festivalda bir çox ölkənin çay və qəhvələri nümayiş olunub. Festivalda Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçirilib. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək Dünya Barista Çempionatında təmsil edəcək. Tədbir iştirakçılarından biri deyir ki, bu festivala artıq ikinci dəfədir qatılır və tədbirdən xüsusi zövq alıb. O söyləyir ki, tədbir Azərbaycanda qəhvənin populyarlaşması baxımından da mühümdür.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb