"Gəncə işi" ilə bağlı etiraz aksiyası
Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində “Gəncə işi” üzrə ittiham olunan bir qrup şəxsin şikayətinə baxılması zamanı təqsirləndirilən şəxslərin qohumları məhkəmənin önündə etiraz aksiyası keçiriblər. Onlar həbs olunanların “qondarma ittihamlarla” ittiham olunmasına etiraz edərək azadlığa buraxılmasını tələb ediblər. Müttəhimlər polis əməkdaşlarının qətlində və onlara qarşı zorakılıqda, iğtişaşların təşkilində və ya iştirakda ittiham olunublar. Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd olub. Bundan sonra Gəncənin mərkəzində etiraz aksiyasına cəhd olundu. Gəncə hadisələrinə görə ümumilikdə 80-ə yaxın şəxs təqsirləndirilən şəxs qismində həbs olunub.
Episodes
-
Noyabr 27, 2024
Gürcüstanda müxalifət parlament mandatlarından imtina edib
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir