Neftçalada açılan tikiş sexi - "Mələfə"
Vəfa Nağı Neftçalanın Xol Qaraqaşlı kəndində doğulub. Lakin illər əvvəl təhsil, daha sonra da iş səbəbindən kənddən ayrılıb. Geri qayıdanda kənddə gördüyü mənzərə onda qadınların həm pul qazana, həm sosiallaşa biləcəyi iş yeri açmaq haqqında ideya yaradıb. Yazdığı layihə müsabiqədə birinci olub və 7 ay müddətində davam edəcək bu layihəyə əsasən o, doğulduğu kənddə "mələfə" adlı kiçik tikiş sexi açıb. Hazırda 6 qadın həmin tikiş sexində çalışır. Fəaliyyətə başladığı ilk günlərdən kənddə yaşayan qadınların əksəriyyəti tərəfindən maraqla qarşılanıb. Qadınlar əsasən də iş üçün müraciət ediblər. Noyabrın 16-da "Flora" hostelində keçiriləcək yarmarkada mələfə dəstləri də satışa çıxarılacaq.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb