Amerikanın ən yaşıl şəhəri
Birləşmiş Ştatların 25-ci ən böyük şəhəri olan Portland Oreqon ştatının ən çox məskunlaşmış ərazisidir. Belə ki, Oregon ştatı əhalisinin az qala 60 faizi Portland və onun ətraf ərazilərində yaşayır. Amerikanın ən yaşıl şəhəri olan Portland inkişaf etmiş ictimai nəqliyyat sistemi, geniş səkiləri, böyük velosipedçi icması və 4,000 hektar park sahəsi ilə dünyanın ekoloji cəhətədən ən qabacıl şəhərlərindən hesab olunur.