Erkin Emet Çinin uyğur siyasətini şərh edir
BMT-yə görə, Çin höküməti azı bir milyon uyğuru “yenidən tərbiyə düşərgələri” adını verdiyi nəzarət mərkəzlərində əsir saxlayır. Ankara Universitetində çalışan uyğur müəllim Erkin Emet Amerikanın Səsi ilə söhbətdə deyir ki, “bütün problem bizim hər cəhətdən çinlilərdən fərqli olmağımızdır. Bu, Çini qorxudur. Çin deyir ki, mən səni mənim kimi edəcəyəm.”