Accessibility links

Separatçılar Ukraynanın şərqində cəbhə xəttindən ağır silahları geri çəkir


Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi üsyançılar fevral ayının ortalarında atəşkəs haqda razlığın şərtlərinə əməl edərək, tanklar və hərbi avtomobillərin cəbhə xəttindən geri çəkməsi prosesini davam etdirir.

Ukrayna cümə günündən şənbə gününə keçən gecə zorakılıqlar səviyyəsinin azaldığını bildirib.

Ukrayna hərbi qüvvələri son üç gün ərzində ilk xəsarətin cümə günü verildiyini bildirib. Hərbi qüvvələrin sözçüsü ölkənin şərqində separatçılarla toqquşma zamanı üç əsgərin həlak olduğu, yeddi əsgərin isə yaralandığı haqda məlumat verib.

Prezident Petro Poroşenko üsyançıları qınayaraq, onların hələ də atəşkəsi pozmağa davam etdiyini deyib.

Hərbi məktəbin məzunları qarşısında çıxış edən cənab Poroşenko bildirib ki, zorakılıqlar davam etsə Ukrayna hərbi qüvvələriağır silahları şərqdə cəbhə xəttinə qaytarmağa hazırdır. O, Ukrayna ordusunun düşmənlə mübarizə aparmağa hər zaman hazır olduğunu deyib.

Cənab Poroşenko Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı Ukraynada Avropa Birliyinin sülhümühafizə missiyasına dəstək bildirib.

O, Rusiyaya işarə edərək deyib ki, atəşkəs razılığına əməl olunsa belə, şərqdən hərbi təhlükə hələ də qalır.

XS
SM
MD
LG