Ukrayna hərbi qüvvələri ikinci gündür rusiyapərəst üsyançıların hücumlarının sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib. Lakin Ukraynanın şərqində atəşkəs hələlik əldə edilməyib.
Kiyev hərbi qüvvələrinin mətbuat mərkəzinin Facebook-dakı bəyanatına istinadən, üsyançılar ötən 24 saat ərzində hökumətin nəzarətində olan ərazi və mövqelərə 19 hücum həyata keçirib.
Beynəlxalq vasitəçilərin tələbi ilə fevralın 15-də qüvvəyə minməsi nəzərdə tutulmuş atəşkəs razılığının bir hissəsi olaraq, üsyançılar ağır hərbi texnikanı ön cəbhədən geri çəkir.
Ukrayna hökuməti üsyançılar hücumları tam dayandırmayana qədər silahları ön cəbhədən geri çəkməyəcəyini bildirib.