Accessibility links

"Bacımın yastığının altından "narkotik" tapıblar" [Audio]


Natiq Ədilov
Natiq Ədilov

“Bu gözlənilən həbs idi. Qardaşımı oxşar maddə ilə fevralda həbs etmişdilər. O vaxt geri çəkilmişdilər,” deyə Natiq Ədilov qardaşı Muradın həbs olunması barədə Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:04:14 0:00
Direct link

“Azadlıq” qəzetinin və “Azərbaycan Saatı” proqramının əməkdaşı Natiq Ədilovun Sabirabaddakı ata evinə silahlı polis qüvvələri reyd keçiriblər. Evdə axtarış aparan qüvvələr narkotik tapdıqlarını iddia edərək AXCP fəalı Murad Ədilovu naməlum istiqamətdə aparıblar.

Ədilovların evi axtarışdan sonra
Ədilovların evi axtarışdan sonra

Amerikanın Səsinə danışan cənab Ədilov qardaşının hazırda harada olduğunu bilmədiyini deyib. “Bilmirəm başına nə işgəncə gətirirlər, boynuna nə qoymaq istəyirlər,” deyə cənab Ədilov qardaşının taleyindən narahatlığını ifadə edib.

“Evimizə gələn silahlı adamlar bacımızın yastığının altından bükülü tapıblar. Adını narkotika qoyub, qardaşımı həbs ediblər”, deyə Natiq Ədilov bildirib.

Bilmirəm başına nə işgəncə gətirirlər, boynuna nə qoymaq istəyirlər.

Onun sözlərinə görə qardaşının həbsi istər Muradın AXCP fəalı kimi öz fəaliyyəti ilə, istərsə də Natiq Ədilovun “Azadlıq” qəzeti və “Azərbaycan Saatı”ndakı işi ilə bağlı ola bilər.

Son bir neçə ayda Azərbaycanda çox sayda gənc fəal, insan haqları fəalları və QHT nümayəndələri müxtəlif növ cinayət ittihamları ilə həbs olunub. Adətən tutulan şəxslərə qarşı mahiyyəti siyasətdən uzaq olan narkotikadan istifadə, qanunsuz silah saxlamaq, və vergidən yayınma kimi ittihamlar irəli sürülür. Natiq Ədilov qardaşının həbsini Azərbaycanda son vaxtlar baş qaldıran repressiya dalğasının tərkib hissəsi hesab etdiyini deyib.

XS
SM
MD
LG