Vəhid Azərnəvid: İran filmlərində türklər kültürsüz və oğru kimi təsvir edilir
Türkiyədə mühacirətdə yaşayan güneyli rejissor Vəhid Azərnəvid Amerikanın Səsi ilə müsahibədə çəkdiyi filmlər, iyul ayında çəkilişlərini başlayacağı Min Öfkə Bir Eşq adlı yeni filmi və İran Azərbaycanında kino sənətinin durumu haqda danışıb. “İranda Güney Azərbaycan sinemasının yaranmasına imkan olmayıb. 1990 ilindən öncə azərbaycanlı rejissor Yədulla Səmədinin folklor və tarixi hekayələr üzərində çəkdiyi iki türkcə film ekran eilib ancaq Azərbaycan Milli Hərəkatı başladıqdan sonra Türk dilində film çəkilməyib,” deyə Vəhid Azərnəvid bildirir. “1990-dan öncə, güneylilərin diqqətini Quzey Azərbaycan filmlərindən yayındırmaq üçün, bir-iki filmin çəkilməsinə icazə verilmişdi. Ancaq, ondan sonra o növ filmlərin də milli düşüncəni gücləndimək istiqamətində təsirindən qorxdular.”
Episodes
-
Noyabr 23, 2022
Siyamək Kuşi: "Atamın səhhəti bizi çox narahat edir"
-
Oktyabr 03, 2022
Sevda Tahir Afşarla müsahibə.mp3
-
Oktyabr 02, 2022
Ruzbeh Səadəti ilə müsahibə
-
Aprel 12, 2022
Simin Səbri ilə müsahibə
-
Aprel 12, 2022
Babək Bəxtavərlə müsahibə