Əşrəf Həsənov MTN təqibləri haqda danışır
Amerikanın Səsi ilə danışan İctimai Palatanın Nehrəm kəndindəki üzvü Əşrəf Həsənov bu gün onun evinə MTN agentlərinin reyd keçirdiyni xəbər verib. Onu sözlərinə görə qonşuların müqaviməti sayəsində cənab Həsənovu faktiki oğurlamağa gəlmiş şəxslər qovulublar. Əşrəf Həsənov bu işlərin arxasında Naxçıvan siyasi rəhbərliyinin, konkret olaraq Babək rayonu MTN şöbəsi Məhəmməd Sultanovun dayandığını bildirir.