Accessibility links

Bloq: Zəiflərin Təcavüzü


“Güc təcavüzkarın nəzəri ilə ölçülür,” deyə Viktor Davis Hanson Rusiyanın Ukraynadakı hərbi müdaxiləsini və tarixdə buna oxşar presedentləri şərh edir. “Tarix zəif dövlətlərin özlərindən qat-qat güclü rəqiblərə hücumları ilə doludur. 1939-cu il sentyabrın 1-də Hitler hərbi baxımdan Fransa və Britaniyadan zəif idi. Nə olsun? Bu fakt Vermaxtı növbəti aylar ərzində yeddi ölkəni bir-birinin ardınca zəbt etməkdən saxlamadı. Bunun ardınca Hitler axmaqcasına özündən xeyli güclü Sovet İttifaqına soxuldu və az sonra Birləşmiş Ştatlara müharibə elan etdi.”

Tarixçi Hanson keçmişin təcavüzlərini təhlil etməklə maraqlı bir məqama diqqət yönəldir. Hücum edən tərəfin daim rasional həkət etdiyini, yalnız özündən zəiflərə hərbə-zorba gəldiyini güman etmək səhv yanaşmadır. Əgər dövlətlər daim belə rasional hesablamalarla hərəkət etsəydilər, onda tarixdə heç zaman müharibə, qarşıdurma, və ümumən dəyişiklik olmazdı. Tarixi tarix edən elə onun irrasional oyunçuları, uda biləcəyindən böyük tikəni dişləyənlərin cəsarəti, yaxud da həyasızlığıdır.

1939-cu il sentyabrın 1-də Hitler hərbi baxımdan Fransa və Britaniyadan zəif idi. Nə olsun? Bu fakt Vermaxtı növbəti aylar ərzində yeddi ölkəni bir-birinin ardınca zəbt etməkdən saxlamadı.

ABŞ administrasiyası və ümumilikdə Qərb ictimaiyyəti hələ də anlaya bilmir ki, Putin özünün və ölkəsinin taleyini bir yarımada uğrunda niyə riskə qoyub. Çoxları hesab edir ki, Vladimir Putin çılpaq aqressiyası ilə strateji intihar edib. Belə ki, Yaponiyadan tutmuş Polşayadək bir vaxtlar Rusiya ilə ciddi problemi olmadığını güman edən bütün həmsərhəd dövlətlər indi növbəti hədəfin onlardan biri olacağından narahatdırlar.

Sivil dövlətləri dəhşətə gətirən təkcə Putinin Krıma müdaxiləsi yox, bu müdaxilənin arxasında dayanan hesablamalar və düşüncə tərzidir. Demək, 21-ci əsrdə elə bir dövlət və dövlət başçısı var ki, o hesab edir ki, istənilən zaman kimsə onun xətrinə dəysə sadəcə həmin ölkəyə qoşun göndərib onun torpaqlarını zəbt edə bilər. 20-ci əsrdə millətlər bu cür davranışa son qoymaq üçün iki dünya müharibəsi vuruşublar. Putinin alt-üst etmək istədiyi məhz o dünya müharibələrinin sonunda bərqərar olan, və qlobal sülhün sabitliyin əsasında dayanan beynəlxalq sistemdir.

1990-cı ildə Küveyti zəbt edən İraq diktatoru Səddam Hüseyn Qərb dövlətlərinin xəbərdarlıqlarına məhəl qoymurdu.
1990-cı ildə Küveyti zəbt edən İraq diktatoru Səddam Hüseyn Qərb dövlətlərinin xəbərdarlıqlarına məhəl qoymurdu.

Viktor Davis Hanson oxucularını əmin edir ki, tarix status-kvonu sınağa çəkən, yeni siyasi düzən yaratmağa çalışan Putin kimi şəxsiyyətlərlə doludur. “Gələcəkdə kifayət qədər axmaq görünəcək bir qərar indidə hücumçuya əyan olmur. Aqressiv dövlətləri reallıq yox, onun görüntüsü hərəkətə gətirir. Obama çaşqınlıq içərisində məntiqə, zəkaya və mənəvi dəyərlərə baxır və görür ki, Putinin etdikləri mənəvi-etik çərçivəyə sığımır. Amma Putinin öz məntiqi var.”


Rusiya prezidenti beynəlxalq münasibətlərə Amerika və onun tərəfdaşları kimi baxmır. Prezident Puitinin nəzərində ABŞ Suriyada Bəşər Əsədi devirə bilmədi, Misirdə çaş-baş qalıb. Polşa və Çexiyada raketdən müdafiə sistemi yerləşdirməyə cəsarət etmədi. Liviyada onun səfirini öldürdülər. İrana qarşı sanksiyalar yüngülləşir. Və nəhayət

Zəif dövlətlər başqalarına ona görə hücum edirlər ki hesab edirlər ki, onlar üçün belə keçəcək və proses ərzində daha da güclənəcəklər.

Gürcüstana hücum etdikdən bir qədər keçmiş ABŞ Kremllə münasibətləri normallaşdırmağa çalışdı. Bütün bunlar Putin üçün indikatordur ki, Birləşmiş Ştatlar zəifləyib və onun qarşısında dayana bilməz. Rusiya lideri əmindir ki, Barak Obama nəhəng dövlətlə qarşıdurmaya getməkdən çəkinəcək – yalnız onun əsasında ki, Amierka son illərdə münaqişələrdən maksimum yayınmağa çalşıb və İraq Müharibəsindən sonra amerikalılar bir toplum olaraq xarici müdaxilələrə simpatiya ilə yanaşmırlar.

1982-ci ildə Falklanda soxulan Argentina qüvvələrini Böyük Britaniya bir neçə gün ərzində darmadağın etdi.
1982-ci ildə Falklanda soxulan Argentina qüvvələrini Böyük Britaniya bir neçə gün ərzində darmadağın etdi.

Oxşar hesablamaları Hitler də etmişdi. Argentina xuntası 1982-ci ildə Falkland adalarını tutmaqla belə bir səhvə yol vermişdi. Daha sonra 1991-ci ildə Səddam Hüseyn Küveytə soxulmağa qərar verəndə əmin idi ki, onun qarşısına çıxan olmayacaq. “Çəkindirmə incəsənətdir, elm deyil,” Hanson yazır. “Zəif dövlətlər başqalarına ona görə hücum edirlər ki hesab edirlər ki, onlar üçün belə keçəcək və proses ərzində daha da güclənəcəklər. Onlar yalnız onda iflasa uğrayırlar ki, qarşılarına qüvvə çıxır və həmin qüvvə onları bu hərəkətlərinə peşman edir. Sülh yalnız onda bərqərar olur ki, sonda hamı kimin güclü, kimin zəif olduğunu dərk edir və bu reallıqla barışır.” Putini bu reallıqla barışdırmaq amacı isə təkcə rus xalqına deyil, bütövlükdə sivil dünyaya baha başa gələ bilər.

XS
SM
MD
LG