Accessibility links

Elçin Hatəmi güneyli fəallar barədə məlumat verir [Audio]


Güneyli fəallar
Güneyli fəallar
“21 Azər günü (12 dekabr) İranın təhlükəsizlik məmurları Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində keçirilən Milli Hökümətin ildönümü mərasiminə hücum edib bəzi iştirakçıları nəzarət altına aldılar. Məmurlar mərasimi dağıtmaq üçün güc tətbiq ediblər, və Həbib Mənafi Azər adlı milli fəalın iki qabırğasını sındırıblar,” deyə Elçin Hatəmi bildiirb.

Elçin Hatəmi güneyli fəallar haqda danışır
please wait

No media source currently available

0:00 0:16:26 0:00

İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi və siyasi fəal Elçin Hatəmi güneyli məhbusların durumu haqda danışıb. Cənab Hatəmi son həbslər və mühakimələri şərh etməklə yanaşı İranın təhlükəsizlik qurumları tərəfindən Azərbaycan Milli Hökümətinin 68-ci ildönümünü qeyd edən fəallara qarşı tətbiq edilən təzyiqlər haqda məlumat verib.

Elçin Hatəmi, hüquq müdafiəçisi
Elçin Hatəmi, hüquq müdafiəçisi
Onun dediklərinə görə, həbs edilən fəallar neçə gün sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb, ancaq onların haqqında məhkəmə işi davam edəcək.

Hüquq müdafiəçisi həmçinin Tehranın Evin həbsxanasında aclıq edən iki güneyli məhbus barədə danışıb. O, həftələrlə aclıq aksiyası keçirmiş olan təbrizli musiqiçi İsmayıl Bərzgərinin sağlıq durumunun təhlükədə olduğunu bildirib.

Aclıq aksiyası keçirmiş digər azərbaycanlı məhbus isə bir neçə həftə öncə nəzarət alında alınmış əlil fəal İsrafil Sultaniyandır. Sultaniyan saxlanıldığı bölmənin əlillər üçün müvafiq olmadığına etiraz olaraq 15 gün aclıq edib.

Hatəminin sözlərinə görə, Ettelaat məmurları təxminən üç həftə öncə nəzarət altına aldıqları təbrizli Rəsul Rəzəvinin ailəsinə milli fəallın bu tezlikdə buraxılmayacağını söyləyiblər. Təhlükəsizlik qurumu ailəyə bildirib ki, Rəsul müstəntiqlərlə əməkdaşlıq edənədək saxlanılacaq.

Elçin Hatəmi son zamanlarda mühakimə edilən azərbaycan fəalları, o cümlədən Məhəmməd Xətibi, Məhəmməd Əmiri, Əli Sirnak, Salar Turi və Adil Xəndani həmçinin tanınmış fəal Abbas Lisaninin Ərdəbil İnqilab Məhkəməsinə çağrılması haqda Amerikanın Səsinə məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG