Accessibility links

"Güneyli əlil fəal Evin zindanına aparılıb"


İsrafil Sultaniyan
İsrafil Sultaniyan
Ötən həftə Tehran vilayətinin Gülüstan şəhərində təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınmış güneyli mədəni fəal İsrafil Sultaniyan neçə gün həmin şəhərin Ettelaat həbsxanasında saxlanıldıqdan sonra dekabrın 4-də Tehranın Evin zindanına köçürülüb. Bu haqda məlumatı Amerikanın Səsi Azərbaycan veb səhifələrindən əldə edib.

Oyan News saytının yazdığına görə, cənab Sultaniyan hazırda İran təhlükəsizlik qurumunun nəzarətində olan Evin zindanının 209-cu bölməsində saxlanılır.

Məhbusun “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “ictimai fikri yanlış istiqamətə yönəltmək”-də günahlandırıldığı bildirilir.

Yayılan məlumata görə, Ettelaat əməkdaşları İsrafil Sultaniyanın Gülüstan şəhərindəki iş yerində axtarış apararaq onun şəxsi əşyaları və türkcə kitablarını müsadirə ediblər.

Nəzərinizə çatdıraq ki, əlil olduğu üçün İsrafil Sultaniyan əlil arabasından istifadə edir. Güneyli fəal milli-mədəni fəaliyyətləri səbəbilə 2007-ci ilin may ayında da həbs ediliv.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG