“Azadlıq” qəzeti bağlana bilər
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində “Azadlıq” qəzetinin problemlərilə bağlı mətbuat konfransı keçirilib. Qəzetin baş redaktorunun birinci Rahim Hacıyev prezident seçkilərindən dərhal sonra qəzetə təzyiqlərin işə düşdüyünü bildirib. Belə ki, “Binə” ticarət mərkəzindəki qanunsuzluqlarla bağlı iyul ayındakı yazıya görə qəzet 32 min manat cərimə edilib. Məhkəmə cərimənin ödənilməsi haqda qərar verib. Borcun ödənilməsi üçün oktyabrın 24-nə kimi vaxt verilib. Əks təqdirdə qəzetin hesablarına həbs qoyulacaq. Digər tərəfdən “Azərbaycan” nəşriyyatı qəzetin 20 min borcundan 5 min manatının ödənilməsini tələb edir. Əks halda qəzetin nəşrinin dayandırılacağı xəbərdarlığı edilib.
Episodes
-
Dekabr 24, 2024
Hatayda "Apollo və Dafne” operası səhnəyə qoyuldu
-
Dekabr 21, 2024
Miqrantlar Günü: Azərbaycanlı gənclərin xaricdəki həyatları