Oqtay Gülalıyev: Həbsxanalarda vəziyyət ağırdır
“Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansı iyunun 27-də “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabatını təqdim edib. Hesabat məhbuslardan və onların doğmalarından daxil olan məlumatlar, habelə keçmiş siyasi məhbuslar və “vicdan məhbusları” tərəfindən təsis edilmiş alyans üzvlərinin müşahidələri əsasında tərtib edilib. Təqdimat mərasimində səslənən ittihamlarla bağlı şərh verən Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsinin nümayəndəsi qurum haqqındakı ittihamları təkzib edərək, absurd adlandırıb. Penitensiar Xidmətdən bildiriblər ki, bu qurumun müəssisələri beynəlxalq qurumların monitorinqləri üçün açıqdır, onlar məhbuslarla təkbətək görüşür. İnfrastrukturun vəziyyətinə gəlincə, hazırda beynəlxalq standartlara cavab verən yeni cəzaçəkmə müəssisələri tikilir.
Episodes
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası
-
Dekabr 24, 2024
Ötən həftə Kyiv ballistik raket zərbələrinə tuş gəlib
-
Dekabr 24, 2024
Tbilisidə ukraynalı qaçqınların milad yarmarkası