Vəfa Quluzadə: İsrailə səfər daxili siyasi məqsədlərə xidmət edir
Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarovun Fələstin və İsrailə səfəri, Azərbaycan-İsrail münasibətləri, İranın reaksiyası, Ermənistan-Azərbaycan münaqişəsindən danışıb. Onun fikrincə, Elmar Məmmədyarovun İsrailə rəsmi səfəri hansısa mühüm xarici siyasət vəzifələrinin həllindən daha çox daxili siyasi məqsədlərə xidmət edir. “Bu səfər prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyəti İsrailin dəstəyini və nüfuzlu yəhudi lobbisi vasitəsilə ABŞ və Avropa İttifaqının dəstəyini qazanmaq məqsədinə xidmət edir”, Quluzadə qeyd edib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi