Türkiyədə mühacirətdə yaşayan güneyli rejissor Vəhid Azərnəvid Amerikanın Səsi ilə müsahibədə çəkdiyi filmlər, iyul ayında çəkilişlərini başlayacağı Min Öfkə Bir Eşq adlı yeni filmi və İran Azərbaycanında kino sənətinin durumu haqda danışıb.
“İranda Güney Azərbaycan sinemasının yaranmasına imkan olmayıb. 1990 ilindən öncə azərbaycanlı rejissor Yədulla Səmədinin folklor və tarixi hekayələr üzərində çəkdiyi iki türkcə film ekran eilib ancaq Azərbaycan Milli Hərəkatı başladıqdan sonra Türk dilində film çəkilməyib,” deyə Vəhid Azərnəvid bildirir. “1990-dan öncə, güneylilərin diqqətini Quzey Azərbaycan filmlərindən yayındırmaq üçün, bir-iki filmin çəkilməsinə icazə verilmişdi. Ancaq, ondan sonra o növ filmlərin də milli düşüncəni gücləndimək istiqamətində təsirindən qorxdular.”
Üzərində çalışdığı Təbrizli bir mühacirin hekayəsini anladan Min Öfkə Bir Eşq adlı yeni film layihəsini “Güney Azərbaycanın ilk sinəma filmi” olaraq qiymətləndirən gənc rejissor “Güney Azərbaycan filmi Güney Azərbaycandakı problemlərdən söz açmalıdır. Azərbaycan hərəkatından bəhs etməlidir. Bu günə qədər belə bir film çəkilməyib,”deyə rejissor əlavə edir.
Onun sözlərinə görə İran filmlərində azərbaycanlıların imici basqılara nməruz qalır: “İranda çəkilən filmlərdə Türk insanı aşağılanır, kültürsüz və oğru kimi təsvir edilir. Ancaq Min Öfkə Bir Eşq filmi xarakterinin düşüncəsi var. O həyatı sorğulayır.”
2012 ilində çəkilən və Azərbaycan Respublikasında qaçqın həyatı yaşayan güneylilərə həsr edilmiş Qara Günlər sənədlisinin rejissoru əsərlərində qaçqınlar mövzusuna önəm verməsinin səbəbini belə açıqlayır: “Mən də başqa film yönətmənləri kimi, əsərlərimi yaradanda öz həyatımdan ilham alıram və ətrafımda gördüklərimi əks etdirirəm.”
“İranda Güney Azərbaycan sinemasının yaranmasına imkan olmayıb. 1990 ilindən öncə azərbaycanlı rejissor Yədulla Səmədinin folklor və tarixi hekayələr üzərində çəkdiyi iki türkcə film ekran eilib ancaq Azərbaycan Milli Hərəkatı başladıqdan sonra Türk dilində film çəkilməyib,” deyə Vəhid Azərnəvid bildirir. “1990-dan öncə, güneylilərin diqqətini Quzey Azərbaycan filmlərindən yayındırmaq üçün, bir-iki filmin çəkilməsinə icazə verilmişdi. Ancaq, ondan sonra o növ filmlərin də milli düşüncəni gücləndimək istiqamətində təsirindən qorxdular.”
İranda Güney Azərbaycan sinemasının yaranmasına imkan olmayıb. 1990 ilindən öncə azərbaycanlı rejissor Yədulla Səmədinin folklor və tarixi hekayələr üzərində çəkdiyi iki türkcə film ekran eilib ancaq Azərbaycan Milli Hərəkatı başladıqdan sonra Türk dilində film çəkilməyib.