Accessibility links

İrandan Azərbaycanın suverenliyinə qarşı məqalə və gözlənilən təhlükələr [Baxış Bucağı]


Azərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları

İran Azərbaycanı özünə birləşdirmək arzusunda, İranda yaşayan azərbaycanlılar milli müstəqillik mübarizəsində

İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin “Keyhan” media holdinqindəki nümayəndəsi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari (ETTELAAT rəhbərinin sabiq müavini) aprelin 3-də dərc etdirdiyi bir məqalədə Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün referendum
Hüseyn Şəriətmədari
Hüseyn Şəriətmədari
keçirilməsini təklif edib.

“Media forum” saytının məlumatına görə, məqalə “Bakının növbəsi” adlanır və martın sonunda Bakıda Güney Azərbaycan mövzusunda keçirilmiş toplantıya cavab olaraq qələmə alınıb. Həmin toplantıya istehza edən Hüseyn Şəriətmədari yazıb ki, Azərbaycan Respublikasının əhalisi arasında İrana qoşulmaq üçün həddən artıq böyük bir istək var.

“10 milyon nəfərə yaxın əhalisi olan Azərbaycan Respublikası vətəndaşlarının əksəriyyəti müsəlman şiələrdir. Onlar Sovet İttifaqının dağılmasından sonra öz mədəniyyətlərinə qayıtmaq istəyirdilər. Azərbaycan əhalisi elə həmin vaxtdan İran İslam Respublikasını öz arzularının qibləsi sayır.

Güney Azərbaycan bayrağı ilə etiraz aksiyası
Güney Azərbaycan bayrağı ilə etiraz aksiyası
​Bütün dəlil-sübutlar, aparılan ardıcıl araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının əhalisi özünü müsəlman İrandan qopmuş bir toplum sayır. Sovet İttifaqının dağılmasından sonra sionistlər Azərbaycan Respublikasında nə qədər nüfuz qazansalar da, əhalidə İrana olan meyli dəyişə bilməyiblər. Əksinə, sionistlərin müsəlman xalqlarına qarşı düşmənçiliyi Azərbaycan Respublikası əhalisinin İrana qovuşmaq istəyini daha da gücləndirib.

Azərbaycan Respublikasında əhali sionistlərin bu ölkədə gizli və aşkar nüfuzundan təngə gəlib. Güman edirəm ki, xarici siyasət rəsmilərimiz Azərbaycan Respublikası əhalisinin bu mesajını dərk etməli, Azərbaycan xalqının nicatı üçün hərəkətə keçməlidirlər
.
Xarici siyasət rəsmilərimiz Azərbaycan Respublikasının İrana birləşdirilməsi ilə bağlı bu ölkədə ümumxalq referendumunun keçirilməsi üçün Azərbaycan Respublikası hökumətinə təklif verməlidirlər. Referendum demokratiyanın gerçəkləşdirilməsi üçün ən ibtidai bir addımdır. Bu referendumun nəticəsi haqda isə elə indidən qətiyyətlə proqnoz vermək mümkündür.

Ya da Azərbaycan Respublikası hökumətinə təklif etmək olar ki, bu ölkədə İran İslam Respublikasına oxşar bir hakimiyyətin bərqərar olunması ilə bağlı referendum keçirsinlər. Lakin Azərbaycan Respublikasının müsəlman əhalisinin ovqatı açıq-aşkar göstərir ki, onların birinci prioriteti İran İslam Respublikasına qoşulmaqdır, bu ölkədə İran İslam Respublikasına bənzər hökumətin yaradılması arzusu isə ikinci yerdə gəlir”.

Amerikanın Səsi son günlər İran-Azərbaycan münasibətlərinin perspektivlərinə suallar yaradan hadisələrin xronikasını da oxucuların diqqətinə çatdırır.

“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib
“Çağdaş Güney Azərbaycanın sabahı” Bakıda müzakirə edilib
Xatırladaq ki, 2013-cü ilin ilk aylarında Azərbaycanla münasibətlərdəki problemlərin həllini tapmaqda olduğunu bəyan edən İran rəsmiləri artıq Azərbaycanla bağlı tənqidi mövqe nümayiş etdirir.

Mart ayının sonlarında Ermənistanın işğalında olan Azərbaycanın Şuşa şəhərindən “Talışıstan” adlı radio fəaliyyətə başlayıb. Azərbaycanın yerli mediasının yazdığına görə, bu radioda İran vətəndaşı olan talışlar işləyir və Azərbaycan Respublikasının əleyhinə yönəlib.

Radionun yayımından sonra, Azərbaycan Respublikasında “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda elmi konfrans keçirilib və İranda yaşayan çoxmilyonlu azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı bəyanatlar səslənib, burada həbsdə olan yüzlərlə milli fəallar haqqında film nümayiş etdirilib. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin keçirdiyi konfransda İranda yaşayan azərbaycanlıların milli mübarizəsinin aspektləri və perspektivləri, İrandakı sosial-siyasi böhran təhlil olunub.

İrandan olan azərbaycanlılar İranın dərin siyasi-iqtisadi böhran yaşadığını və siyasi gələcəyinin olmadığını bildirib. Çıxışlarda İran hakimiyyəti nəzarəti itirdiyi halda Milli Azadlıq Hərəkatının nəzarəti üzərinə götürməyə hazır olduğu da diqqətə çatdırılıb.

Nardaranda aksiya
Nardaranda aksiya
Konfransdan iki gün sonra şiə mənsəbinə sadiqlik nümayiş etdirən Bakının Nardaran kəndində ilahiyyatçı alim həbs edilib və bu kənddə Amerikanın, İsrailin və Azərbaycan hakimiyyətinin siyasətini pisləyən mitinq keçirilib.

Aprelin 3-də Bakının Neft Akademiyasında hicablı tələbələr dərsə buraxılmayıb.

Nəhayət, aprelin 4-də İranın ali dini liderinin nümayəndəsinin “Keyhan” qəzetində Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönələn məqaləsi dərc edilib.

Müşahidəçilər hesab edir ki, iki dövlət arasındakı münasibətlərdə problemlər yenidən artan xətt üzrə inkişaf edəcək.

Neft Akademiyasında hicablı tələbələr binaya buraxılmayıb
Neft Akademiyasında hicablı tələbələr binaya buraxılmayıb
Eyni zamanda bəzi müşahidəçilər düşünür ki, hər iki ölkədə prezident seçkiləri ilində qarşılıqlı tənqidlər hakimiyyətlər üçün əhəmiyyətlidir. İran hakimiyyəti əhalini ölkənin parçalanması reallığı, Amerikanın, İsrailin təsirləri ilə qorxudur. Azərbaycan hakimiyyəti isə xalqa və qərb dövlətlərinə gözlənilən İran və dini təhlükə ilə bağlı xəbərdarlıq edir.
XS
SM
MD
LG