Neft Akademiyasında hicablı tələbələr dərsə buraxılmayıb
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 10-dan çox hicablı tələbəsi aprelin 2-də dərsə buraxılmayıb. Mühafizəçilər hicablı qızları binanın əsas korpusuna buraxmayıb və bunu hicabın Akademiyanın daxili nizamnaməsinə zidd olması ilə əsaslandırıb. Mühafizəçilər akademiyanın rəhbərliyinin tapşırığını yerinə yetirdiyini bildirib. Akademiyanın rəhbərliyi jurnalistlərin qarşısına çıxmayıb və bunu toplantıda olması ilə izah ediblər.
Episodes
-
Yanvar 03, 2025
"Möcüzə Qatarı" ukraynalı uşaqlara nağıl kimi anlar bəxş edir