Elmar Hüseynovun qətlinin 8 ili: Söz azadlığının yanar məşəli
Martın 2-də Azərbaycanda söz azadlığının müdafiəçiləri 8 il əvvəl qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad ediblər. Bu ənənəvi aksiya azadlıq və demokratiya idealları uğrunda mübarizə aparanları Elmarın qəbri başına toplayır. Redaktorun ölümünün ildönümü ərəfəsində hüquq mühafizə orqanları yenə cinayətkarların axtarışı barədə ənənəvi və nəticəsiz bəyanat verib. Bu, bəyanatlar artıq cəmiyyətin marağına səbəb olmur. “MTN-in mətbuat katibi bildirib ki, cinayətkarların təxminən 8 il əvvəl elan edilmiş axtarışı hələlik heç bir nəticə verməyib. Lakin, məlumdur ki, hələ o vaxt Türkiyə istintaq qrupu Azərbaycan rəhbərliyinə cinayətin təşkilatçılarının və icraçılarının adlarını vermişdi”, deyə Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirib. Müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər Hüseynovun jurnalistin ölümündə birbaşa prezident İlham Əliyevi və onun ətrafındakıları ittiham edib. “Onlar bu cinayəti söz azadlığını boğmaq məqsədilə törədiblər və buna görə cavab verəcəklər”, deyə o bildirib.
Episodes
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası