Xocalı faciəsinin şahidləri Amerikanın Səsinə danışır
Azərbaycanda Xocalı soyqırımının 21-ci ildönümü qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib. Bu gün prezident İlham Əliyev və dövlət rəhbərləri, hökumət üzvləri, parlamentin deputatları, yüz minlərlə ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül qoyub və həlak olanların xatirəsini yad ediblər. Abidənin bünövrəsində həlak olanların adları həkk olunub. Ümumilikdə 613 silahsız insan qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.
Episodes
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası
-
Dekabr 24, 2024
Ötən həftə Kyiv ballistik raket zərbələrinə tuş gəlib
-
Dekabr 24, 2024
Tbilisidə ukraynalı qaçqınların milad yarmarkası