Accessibility links

Artum Dinc: İran hökumətinin farslaşdırma siyasəti türkcəni qadağan edir [Audio & Video]


Təbrizli araşdırmaçı və Ankara Universitetində sosiologiya bölümünün doktorluq dərəcəsi üzərində çalışan Artum Dinc Beynəlxalq Ana Dili Günündə Amerikanın Səsinə verdiyi müsahibədə milli hərəkatda ana dili faktorunun rolu və önəmini şərh edib. “Bu gün İranda fars olmayan etnik qruplara qarşı, sistemli, planlı və proqramlı şəkildə farslaşdırma və kültürqırımı (culturcide) siyasəti aparılır. Belə ki, qeyri-fars xalqların dil, kültür və tarixlərini silib və iranlılıq kimliyi adı altında, fars dili, tarixi və kimliyini yerinə oturtmağa çalışırlar,”deyə Artum Dinc Xameneyi hökumətinin yürütdyü siyasəti dəyərləndirib.

Artum Dinc: Farslaşdırma siyasəti türkcəni qadağan edir
please wait

No media source currently available

0:00 0:14:58 0:00

Təbrizli araşdırmaçı hesab edir ki, başqa türkdilli cəmiyətlər, o cümlədən Azərbaycan Respublikası ilə müqayisədə güneydəki milli hərəkatda ana dili daha əhəmiyyətli rol oynayır. O keçmişdə Azərbaycan Respublikasında yaşayanlara qarşı aparılan ruslaşdırma siyasətinin bu gün güneydəki farslaşdırma siyasətindən kəskin fərqləndiyini vurğulayır. “Sovet hökumətinin assimilyasiya siyasəti ana dilini qadağa etmirdi, qeyri-rus millətlərə nisbi olaraq təhsil imkanları verirdi, ancaq İrandakı farslaşdırma siyasəti türkcəni qadağa edir və bütünlüklə kültür-qırımı istiqamətindədir.”deyə cənab Dinc müşahidə edir.
Bu gün İranda fars olmayan etnik qruplara qarşı, sistemli, planlı və proqramlı şəkildə farslaşdırma və kültürqırımı (culturcide) siyasəti aparılır.

Araşdırmaçı əlavə edir ki, Sovetlər dönəmində, azərbaycanlıları ruslardan fərqləndirdən sadəcə dil deyildi, din və adətlər kimi başqa faktorlar da var idi. Güneydə isə bu təzadlar dil fərqi üzərində cəmləşib.

Artum Dincin sözlərinə görə, İran İslam Respublikası kimi totalitar bir sistemdə qeyri-hökümət təşkilatları vasitəsilə qadağalara reaksiya vermək imkanları son dərəcə məhdud olduğu üçün İranda ana dilində təhsil haqqından məhrum olan xalqların ortaya qoya biləcəkləri təşəbbüslərdən biri “mədəni itaətsizlik”dir. O, bu istiqamətdə bir il öncə ildə bir gün farsca orucu kampanyası haqda təklif irəli sürdüyünü bildirib.

XS
SM
MD
LG