Accessibility links

Azərbaycanlılar Beynəlxalq Ana Dili Gününü qeyd edir


21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində xaricdə yaşayan İran azərbaycanlıları İranda Türk dilində təhsil qadağasına etirazlarını bildirmək üçün yaşadıqları ölkələrdə tədbirlər keçirməyə başlayıblar.

Bu münasibətlə fevralın 17-də azərbaycanlıların iki təşkilatı Kanadanın Toronto şəhərində iki mərasim təşkil edib. Amerikada yaşayan azərbaycanlılar isə ictimai şəbəkələrdə yaydıqları elan vasitəsi ilə fevralın 22-də Vaşinqton şəhərində İran İslam Respublikasının dil siyasətlərinə etiraz nümayişi keçiriləcəyinə dair məlumat veriblər.

İran Azərbaycanı Dil və Kültür Ocağının Torontonun North York kitabxanasında keçirdiyi mərasimdə York Universitetinin profesoru Əlirza Əsğərzadə müstəmləkəçi dili (sömürgə dili) və dil müstəmləkiçiyi (dil sömürgəçiliyi) mövzusunda iştirakçılar qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

Ontario əyalətinin paytaxtı Torontoda keçirilən digər mərasim isə Kanada Türk Dernekleri Federasiyası mərkəzində Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) tərəfindən təşkil olunub. Mərasimdə İranda Azərbaycan türklərinin məruz qaldığı ayrı-seçkiliklər və ana dilinin önəmi ilə bağlı azərbaycanlı və türkiyəli iştirakçıların çıxışları ilə birlikdə Azərbaycan musiqisi səslənib və Kanadada anadan olub yaşayan azərbaycanlı uşaqlar ana dili mövzusunda şerlər oxuyublar.

Kanadanın Ontario əyalətinin parlamenti 2009-cu ilin may aında əslən urmiyəli olan deputat Rza Moridi tərəfindən təklif edilən layihəni qəbul edərək, vilayətdə Beynəlxalq Ana Dili Gününün rəsmən tanınmasına dair qərar qəbul edib.

UNESCO-nun 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İranda yaşayan azərbaycanlılar bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

İlk illər tədbirlər universitetlərdə mədəni mərasim və seminar şəklində keçirilirdi. Ancaq İran İslam Respublikasının tədbirləri qadağan etməyə başlamasından sonra 2007-ci və 2008-ci illərdə Ana Dili günü İran Azərbaycanının bir çox şəhərində kütləvi etirazlarla müşayiət olmuşdu.

Amnesty International 2007-ci martın 9-da yaydığı hesabatda həmin il 21 fevral Ana Dili Günü etirazları ilə bağlı Urmiyədə təqribən 50, Sulduzda 25, Ərdəbildə 20, Zəncanda 25 nəfərin, Qoşaçay şəhərində isə bir çox azərbaycanlının həbsi ilə bağlı məlumat vermişdi.




Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG