Vətəndaş cəmiyyəti parlamenti QHT-lərlə bağlı qanun layihəsini qəbul etməməyə çağırıb
Ölkənin 30-dan çox aparıcı QHT-sinin iştirakı ilə keçirilən ictimai forumun iştirakçıları Azərbaycan Parlamentini ictimai təşkilatların maliyyə hesabatlılığını pozmasına görə məsuliyyətin sərtləşdirilməsi haqqında qanunvericiliyə təklif edilən düzəlişləri qəbul etməməyə çağırıb. Xatırladaq ki, fevralın 6-da Parlamentin Dövlət Quruculuğu və Hüquq Siyasəti komitəsi qanunvericiliyə QHT-lərin ianə və qrant müqaviləsi olmadan digər maddi yardım alınması, nağd ianələr alınması haqqında məlumat verməməsinə görə 5000 manatdan 15 min manata qədər cərimə nəzərdə tutan düzəlişləri təqdir edib. Hüquqpozma obyekti olan vəsaitlər müsadirə ediləcək.
Episodes
-
Dekabr 28, 2024
Qubanın dağ kəndi: Kefindən kim köçər ki?
-
Dekabr 28, 2024
Kyivdə Ukrayna-Azərbaycan toyu
-
Dekabr 27, 2024
Yeni il yarmarkası: Alıcılıq zəifdir