Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq
Bu gün Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC - 1918-1920-ci illər) banilərindən Məmməd Əmin Rəsulzadənin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş mitinq keçirilib. Aksiyada müxalifət partiyalarının liderləri və fəalları, vətəndaş cəmiyyətinin çoxsaylı üzvləri, ziyalılar, ictimai xadimlər iştirak edib. AXCP lideri Əli Kərimli deyib ki, Rəsulzadənin həyat yolu öz vətənini sevən, onu demokratik və çiçəklənən dövlət kimi görmək istəyən hər bir azərbaycanlı üçün nümunə və qurur mənbəyidir. Ə.Kərimlinin sözlərinə görə, indiki gənc nəsil AXC banilərinin başladığı işi davam etdirəcək. “Biz respublikanı bərpa edəcəyik”. Müsavat Partiyasının lideri İsa Qəmbər Azərbaycanda yeni kütləvi xalq hərəkatının başlandığını bəyan edir. “Bu, mütləq demokratik qüvvələrin qələbəsi ilə başa çatacaq, Rəsulzadə və AXC ideyalarının təcəssümü olacaq”, o qeyd edib.
Episodes
-
Yanvar 06, 2025
Qəbələli rəssam-oymaçının arzusu sənətini yaşatmaqdır
-
Yanvar 06, 2025
Azərbaycanda bələdiyyə seçkiləri mühiti