Amerikanın Səsi (www.amerikaninsesi.org) ilə danışan İctimai Palatanın Nehrəm kəndindəki üzvü Əşrəf Həsənov bu gün onun evinə MTN agentlərinin reyd keçirdiyni xəbər verib. Onun sözlərinə görə qonşuların müqaviməti sayəsində Həsənovu faktiki oğurlamağa gəlmiş şəxslər qovulublar. Əşrəf Həsənov bu işlərin arxasında Naxçıvan siyasi rəhbərliyinin, konkret olaraq Babək rayonu MTN şöbəsinin rəisi Məhəmməd Sultanovun dayandığını bildirir.
Əşrəf Həsənov agentlərin iki maşınla gəldiklərini bildirib. Bunlardan qara rəngli xarici markalı maşın "85-CQ-600" , ağ maşın isə "85-CQ-553" dövlət nömrə nişanlı olub. Agentlər evə daxil olmağa cəhd ediblər və bu əsnada Əşrəf Həsənovun hayat yoldaşını vurublar. Səs-küyə gələn qonşular MTN əməkdaşlarına müqavimət göstəriblər və bunun nəticəsi olaraq onlar Həsənovu aparmadan ərazini tərk ediblər.
Əşrəf Həsənovun sözlərinə görə ona qarşı təzyiqlər birbaşa onun siyasi fəaliyyəti ilə əlaqədardır. Onun İctimai Palataya qoşulmasından narazı olan MTN rəhbərliyi “Onlar ermənilərə işləyirlər” deyə müxtəlif bəhanələrlə Əşrəf Həsənovu siyasi fəaliyyətdən uzaqlaşdırmağa çalışıblar.
Bu növ ittihamların işləmədiyini görən Babək rayon MTN şöbəsinin rəisi Məhəmməd Sultanov açıq hədələrə keçib:
“Turac Zeynalovu görürsən, başına nə iş gətirdik? Öldürdük, heç kim də bizə heç nə demir. Biz istədiyimizi edə bilərik… Lazım gəlsə bunların hamısının evinə silah atıb tutdura da bilərik.”
Əşrəf Həsənov hazırda Türkiyədə sığınacaq imkanlarını nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə Naxçıvanda minlərlə adam repressiv hökumətin təqibləri qarşısında artıq yurdlarını tərk etməyə məcbur olub.
Sovet dönəmində bölücülük məqsədilə aparılan siyasətin nəticəsi olaraq muxtar respublika statusu almış Naxçıvan Azərbaycanın ən repressiv regionlarından biri sayılır. Xarici müşahidəçilər bölgədə yayılmış qorxu mühitinə istinad edərək Naxçıvanı Qafqazın “Şimali Koreyası” adlandırırlar.
Sovet İttifaqının dağılmasından 22 il keçməsinə baxmayaraq Azərbaycanın hazırkı rəhbərliyi Naxçıvanı "muxtar respublika" statusunda saxlamaq siyasətini davam etdirir.

Turac Zeynalovu görürsən, başına nə iş gətirdik? Öldürdük, heç kim də bizə heç nə demir. Biz istədiyimizi edə bilərik… Lazım gəlsə bunların hamısının evinə silah atıb tutdura da bilərik.