Ərdoğan Boltonun Suriyadakı kürdlərlə bağlı tələbini rədd etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Suriyadakı kürd döyüşçülərinə ABŞ əsgərlərinin bölgədən çıxarılmasından sonra zərər verməmək tələbini rədd edib. Çərşənbə axşamı Ankaradakı çıxışı zamanı Ərdoğan İŞİD, Xalqın Müdafiəsi Birləşmələri (YPG), habelə Demokratik Birlik Partiyasına (PYD) qarşı mübarəzə məqsədi ilə Türkiyənin Suriyanın şimal bölgəsinə qüvvələr göndərəcəyini bildirib. Türkiyə prezidenti Boltonun Türkiyənin kürdlərə hücum etməməsi haqda öhdəliyinin ABŞ əsgərlərinin geri çəkilməsi üçün şərt kimi irəli sürməsinə dair bəyanatına cavab verib.
Episodes
-
Dekabr 21, 2024
Miqrantlar Günü: Azərbaycanlı gənclərin xaricdəki həyatları
-
Dekabr 20, 2024
Bakıda kitab festivalı keçirilir