Accessibility links

İran İnqilab Məhkəməsi Culfada saxlanılan 2 fəalın nəzarət müddətini uzadıb


Təqribən 50 gün əvvəl Şərqi Azərbaycan vilayətinin Culfa şəfərində saxlanılan türk fəallar Səid Sultani və Babək Kiyumərsinin nəzarət müddəti İran İnqilab Məhkəməsi tərəfindən daha 20 gün uzadılıb.

Sultani və Kiyumərsi keçən oktyabr ayının 4-də İran Azərbaycanında “Qarabağa dəstək” mitinqləri ilə əlaqədar həbslərin baş verdiyi günlərdə nəzarət altına alınıb. Ancaq onların həmin səbəbdən dolayı tutulub tutulmadıqlarına dair yaxınlarına məlumat verilməyib.

Yayılan məlumata əsasən, həbsdən sonra milli fəalların evlərində axtarış aparılıaraq, bəzi əşyaları, o cümlədən kompüter ve cib telefonu müsadirə olunub.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) bildiriyinə görə, Səid Sultani və Babək Kiyumərsinin nəzarət müddətinə 20 günlük uzatma qərarı onların həbsindən 45 gün sonra çıxarılıb.

Səid Sultani keçən illərdə də müxtəlf mitinq və etiraz aksiyalarına qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar saxlanılan bəzi vətəndaşlar hələ sərbəst buraxılmayıb. Zəmanət qarşılığında sərbəst buraxılanlar haqqında başladılan mühakimə prosesi davam edəcək.

XS
SM
MD
LG