Accessibility links

NATO Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayır


"Sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci ildə Almatı bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq".

Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib.

“Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfərində qeyd etdiyi kimi NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir", Kolomina vurğulayıb.

BMT və Avropa İttifaqı da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb.

Aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışlayan BMT baş katibi Antonio Quterreş tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasına davam etməyə və münasibətlərin tam normallaşması istiqamətində yerdə qalan bütün ikitərəfli məsələlərin həllinə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə razılaşma və dörd kəndin qaytarılmasını “çoxdan gözlənilən tarixi hadisə” adlandırıb.

Armenpress xəbər agentliyinin sorğusuna cavabında Ermənistan baş nazirinin ofisi Azərbaycanla ilk dəfə sərhədlərin delimitasiya edilməsini əlamətdar hadisə kimi qiymətləndirib və razılşma ilə Ermənistanın təhlükəsizlik və sərhədlərin delimitasiyası ilə bağlı risklərin azalmasına nail olduğunu vurğulayıb.

Forum

XS
SM
MD
LG