Accessibility links

Məhkəmə jurnalist Hafiz Babalını həbsdə saxlayıb


Hafiz Babalı
Hafiz Babalı

Aprelin 2-də Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Vəkili Rəsul Cəfərov bildirib ki, Babalının həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar yoxdur.

“İstintaq Babalanın həbsdə saxlanılmasını "gizlənə" və "istintaqın gedişatına təsir göstərə" biləcəyi kimi subyektiv fərziyyələrlə əsaslandırır. Lakin hələ cinayət işindən əvvəl Babalının ölkədən çıxışına qadağa qoyulub. Digər tərəfdən, Babalının daimi yaşayış yeri var və ev dustaqlığına Probasiya Xidmətinin məmurları tərəfindən nəzarət olunur”, vəkil qeyd edib.

Hafiz Babalı da hakimin qərarına etiraz edib. Jurnalist bildirib ki, hakim ona qarşı qərəzli yanaşır, çünki əvvəllər də onu həbs etmək barədə qərar verib və əvvəlki vəsatətlərini rədd edib. Lakin hakim etiraz üçün "kifayət qədər əsas" görməyib və etirazı baxılmamış saxlayıb.

Vəkil bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Babalı "Abzas Media işi" üzrə cəlb edilib.

Hüquq müdafiəçiləri jurnalisti siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG