Budapeştdə keçirdiyim günlərdə ürəyimə birdən dovğa düşdü. Dostlarıma bunu deyəndə dedilər ki, bəs burda yaşayan bir həmyerlimiz icmanın facebook qrupunda bu yaxınlarda belə bir paylaşım edib. Öyrəndim ki, Orxan dovğa bişirib, burda yaşayan digər azərbaycanlıları da bu həsrətdən uzaq tutur.