Amman bazarı yerli əhali və turistlər üçün canlı mərkəz olan İordaniyadakı ən səs-küylü bazardır. Bura İordaniya mədəniyyətinin və ənənəsinin ən yaxşılarını nümayiş etdirən rəngarəng və canlı məkandır.
Rusiyanın Ukraynaya hücumu nəticəsində müharibənin başlamasından sonra pasifistlər Rusiyada keçirilən müharibə əleyhinə etirazlarda iştirak etdikləri üçün hökümət tərəfindən təzyiqlərə məruz qalıb və nəticədə sürətlə öz ölkələrini tərk etməyə başlayıblar. Bu gənclərdən biri də Yevgenidir.
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə əleyhinə çıxış edən rusiyalı gənclərin çoxu hökümət tərəfindən üzləşdikləri təzyiqlər nəticəsində ölkələrini tərk etməli olublar. Rusiyalı tələbə İlya Zernov bu gənclərdən biridir.
Şotlandiyanın böyük liman şəhəri olan Aberdinin şəhər şurası 2023-2024-cü illər üçün büdcə açıqlaması verərək, mədəniyyət və incəsənət üçün ayrılmış büdcədə çətinliklər olduğunu bildirib.
Amsterdamın mərkəzində yerləşən Dam meydanında təşkil olunan sərgidə Ukraynadan gətirilən bombalanmış təcili tibbi yardım maşını nümayiş etdirilib. Sərginin məqsədi Ukraynada baş verənləri insanlara çatdırmaqla yanaşı, həmçinin yardım fonduna və ianə kompaniyasına diqqət çəkmək olub.
Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən ATƏT-in baş qərərgahı qarşısında dünyanın müxtəlif ölkələrindən toplaşmış 1200-dən çox azərbaycanlının iştirak etdiyi Xocalıya ədalət aksiyası keçirilib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasının ildönümü ilə əlaqədar Serbiyada toplanan Rusiya Demokratik Cəmiyyətinin üzvləri anti-müharibə aksiyası təşkil ediblər. Belqradda yaşayan ukraynalı və rusiyalılar bir araya gələrək xatirə və həmrəylik mitinqinə yığışıb.
24 fevral tarixində Ukraynada müharibənin başlamasının bir ili tamam olur. Rusiyanın Ukraynaya hücumuna qarşı olan insanlar Serbiyanın paytaxtı Belqrad şəhərində bir araya gələrək yürüyüş keçiriblər.
Suriya və Türkiyə ərazisindəki zəlzələdən sonra dünyanın fərqli yerlərində yardım kampaniyaları keçirilir. Belqradda bir araya gələn bir neçə yerli musiqiçi də Suriyadakı zərərçəkmişlər üçün yardım konserti təşkil edib.
Rusiyanın Ukraynaya hücumunu dəstəkləmədiklərini və müharibəyə qarşı olduqlarını bildirmək üçün Serbiyanın paytaxtı Belqrad şəhərində yaşayan Rusiya demokratik cəmiyyətinin üzvləri bir araya toplaşıblar.
Ötən həftə Belqradda yaşayan türk icması Türkiyədə baş verən zəlzələ qurbanlarına yardım məqsədi ilə bir araya gəlib könüllü ictimai yardım kampaniyası keçirib. Türkiyənin Serbiyadakı səfirliyi kampaniyaya nəzarət edərək, toplanan yardımların Türkiyəyə göndərilməsinə öz dəstəyini göstərib.
Berlində yerləşən Rusiya mədəniyyət evinin qarşısına toplanan aktivistlər Ukraynaya olan hücum ilə yanaşı, Rusiyadakı müharibə əleyhdarlarının həbsinə də öz etirazlarını bildirdilər. Etiraz zamanı Berlində yerləşən Rusiya mədəniyyət evinin bağlanmasını tələb olundu.
İlk şöbəsi 1998-ci ildə açılan İstanbul kitabçısı son dönəmlərdə daha da məşhurlaşıb. Kadıköy limanının ikinci mərtəbəsində yerləşən bu məkan İstanbul bələdiyyəsinin təşəbbüsü ilə kafe və kitab mağazasını özündə birləşdirən kitabçılardan biridir.
Berlinin Alman Federal məclisinin binası qarşısında yerləşən Cümhuriyyət meydanına toplaşan insanlar İslam İnqilab Keşikçiləri Korpusunu terrorist təşkilat olmaqda günahlandırıb, buna qarşı öz etirazlarını səsləndiriblər.
Məsumiyyət muzeyi Nobel mükafatlı türk yazar Orhan Pamuk tərəfindən yazılmış bir romanın adı, həmçinin İstanbulda yerləşən bir müzeydir. Roman 20-ci əsrin sonlarında Türkiyədə baş verən bir eşq hekayəsindən bəhs edir və yazar bu romanla birlikdə muzey yaratmaq ideyasını da əvvəldən planlaşdırıb.
İstanbula gələn insanların ilk getdiyi yerlərdən biri İstiklal küçəsidir. Bəs yeddi təpəli İstanbulun dik yoxuşlarına alışmamış insanlar nə edir? Onlar tarixi tuneldən istifadə edir. İstanbulun yeraltı funikulyoru dünyada London metrosundan sonra ikinci yeraltı sərnişindaşıma sistemidir.
Rejissor Emin Alperin çəkdiyi "Quraq Günlər" filmi dünya premiyerasını Kann film festivalında edib, 22 il sonra Avropa Film Akademiyasında mükafat alan ilk türk filmi olub. Lakin Mədəniyyət Nazirliyi film üçün ayrılmış büdcəni rejissordan geri tələb edib və bu, böyük səs-küy yaradıb.
Kazandibi ilk zamanlarda toyuq əti ilə hazırlanıb, sonradan isə dəyişdirilərək ətsiz və fərqli formalarda bişirilməyə başlayıb. Müsahiblərimiz Özsoy cütlüyü İzmirin məşhur Kemeraltı bazarındakı kiçik kafedə bu şirniyyatı sevənlər üçün kazandibi hazırlayır.
İstanbul Film muzeyində keçirilən Stenli Kurbrik sərgisi davam edir. Amerikalı rejissor Stenli Kubrikin bütün əsərlərini araşdırmaq imkanı verən bu sərgi ziyarətçilərə Kubrikin fotoqrafiya dövründən, kino dövrünə qədər bütün yaradıcılığına şahid olmaq imkanı verir.
Amsterdamda Beynəlxalq Sənədli film festivalı çərçivəsində öz ölkələrində siyasi problemlərlə üzləşən, azadlıqları məhdudlaşdırılan kino adamları üçün xüsusi kampaniyalar keçirilib. Türkiyədə 18 illik həbs cəzasına məhkum edilən prodüser Çiydəm Matər üçün xüsusi posterlər açılıb.
Daha çox yüklə