Mühafizəkar amerikalı jurnalist Taker Karlsonla müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Ukraynadakı sağçı təsirləri aradan qaldırmaq üçün bir dəfə birbaşa Zelenskiyə müraciət edib və Zelenskinin atasının İkinci Dünya Müharibəsi zamanı nasizmə qarşı vuruşduğunu vurğulayıb.
Ukraynanı gözdən salmaq üçün genişmiqyaslı dezinformasiya kampaniyasında Moskva bu dəfə, Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasını 2014-cü il Ukraynanın şərqi üzərində Malayziya Hava Yollarına məxsus MH17 reysi təyyarəsinin vurulması ilə əlaqələndirir.
Rusiya prezidenti Vladimir Putin Taker Karlsonla müsahibəsi zamanı Ukrayna kimi bir ölkənin olmadığını, yalnızca Rusiyanın var olduğunu və ukraynalıların özlərini rus hesab etdiyini bildirib.
Bir ay davam edən dezinformasiya kampaniyası müddətində Rusiya saxta misirli jurnalist icad edərək əvvəlcə onunla “Ukrayna prezidentinin korrupsiyasını” ifşa etdirdi və sonra onun Zelenski tərəfindən öldürülüdüyünü iddia etdi.
Sosial medianı silkələyən Rusiyanın İl-76-hərbi təyyarəsinin vurulması ilə bağlı ziddiyyətli xəbərlər Kremlin Kiyevi yalandan terrorizmdə ittiham etməsi və Qərbin Ukraynaya dəstəyini sarsıtmağa çalışması üçün əla fürsət oldu.
Rusiya 2023-cü ili Ukraynaya qarşı intensiv raket hücumlarıyla başa vurub. Prezident Volodimir Zelenski bildirib ki, dekabrın 29-dan yanvarın 2-dək Rusiya Ukrayna şəhərlərinə 300-ə yaxın raket və 200 “Shahed” pilotsuz uçan aparatı atıb.
Ukraynanı dəstəkləyən və Rusiya təbliğatına qarşı mübarizə aparan könüllü onlayn qlobal icma olan (NAFO) Rusiyanın 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakını dayandırmaq üçün kampaniya başladıb.
Yanvarın 3-də Rusiyanın məşhur müharibə tərəfdarı Telegram kanalı “notes_veterans” yazıb ki, YouTube-a görə, platformanın Ukraynada ən çox baxılan musiqiçilərindən heç biri Ukrayna dilində mahnı oxumur.
Macarıstanın baş naziri Viktor Orban 27 Aİ-yə üzv dövlət lideri arasından Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi qalan yeganə şəxsdir.
Hollandiyanın Ukraynaya F-16-ları bağışlamağına çox az müddət qalmış, X platformasında çıxan xəbərlər fonunda bəzi sosial media istifadəçiləri qırıcı təyyarələrin artıq Ukraynaya çatdırıldığını iddia ediblər. Faktlar nə deyir proqramının növbəti mövzusu məhz bu haqdadır.
Rusiya və müttəfiqləri Qərbin Ukraynaya dəstəyini sarsıtmaq üçün HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan istifadə etməyə davam edir. Bu günlərdə İranın yüksək səviyyəli rəsmisi Hizbullah və HƏMAS-ın Ukrayna üzərindən qanunsuz silahları asanlıqla əldə etməsi ilə bağlı əsassız iddialar səsləndirib.
Dekabrın 19-da Moskvada Rusiya Milli Müdafiə Şurası Ukrayna müharibəsindən əldə olunan nailiyyətləri müzakirə edilib. Müdafiə naziri Serqey Şoyqu 315 min çox olduğu təxmin edilən itkilərini nəzərə almayaraq qarşı tərəfin “çox böyük” itkilərindən danışıb.
Ukrayna Milad ənənələrinin zəngin tarixinə malikdir və bunlardan ən mühümləri arasında Vertep ənənəsi var. Vertep, teatr və dram vasitəsilə təqdim olunan İsanın doğuş hekayəsidir və sirli tamaşalarla dolu olur. Müxtəlif səhnələr xeyirin şər üzərində qələbəsini simvollaşdırır.
Rusiya təbliğatını Ukraynadakı abidələrin sökülməsindən daha çox qıcıqlandıran az şey var. Hələ 2014-cü ildə Ukrayna lüğətinə leninopad deye düşmüş Lenin heykəllərinin aşırılmasından bu yana rus propaqandistləri bu qədər gərginləşməmişdi.
Bu ilin dekabrın 14-də keçirilmiş ilin yekunu üzrə mətbuat konfransında Putin Rusiyanın Ukraynanı “demilitarizasiya və denazifikasiya etmək” üçün “xüsusi hərbi əməliyyat” keçirməsi ilə bağlı yalanlar iddiasındadır.
Bu ilin avqustunda Rusiya Təhsil Nazirliyi əvvəlki nəşrləri əvəz edən müasir Rusiya tarixi və dünya tarixi kurslarının iki yeni dərsliyini təqdim edib. Bu yeni tarix kitabları Kremlin propagandası və rus vətənpərvərliyini təbliğ etmək üçün hazırlanmış psevdo-tarixlə doludur.
Yüzlərlə rus Facebook sosial şəbəkəsində Rusiya prezidenti Vladimir Putinin müxtəlif vətənpərvər və dini təcəssümlərdə təsvir olunan rəsmlərini əks etdirən posterlər paylaşıb.
Putin 2023-cü ili Qəzzadan Ukraynaya qədər müharibələr, Rusiyadakı vəziyyət və bütövlükdə dünya haqqında yalnış iddialarla başa vurur.
Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də Moskvanın “Qostiniy Dvor” sərgi mərkəzində ilin yekunu üzrə televiziya ilə mətbuat konfransı keçirərək özünü növbəti dəfə ictimaiyyətin diqqət mərkəzində saxlayıb.
Putin yenidən öz işğallarına görə Qərbi günahlandırmağa çalışıb. Dekabrın 14-də mətbuat konfransında Putin NATO-nun genişlənməsini dayandırmaq üçün Rusiyanın Ukraynaya müdaxilə etməyə məcbur olması barədə tez-tez təkrarlanan yalnış iddiasını yenidən səsləndirib.
Daha çox yüklə