ABŞ-da Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədləri qarşıda gərgin həftə gözləyir. Donald Tramp və Kamala Harris mühim ştatlarda tərəfdarlarını toplamaqda davam edirlər. Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias xəbər verir.
ABŞ-ın həm Respublikaçılar, həm də Demokratlar Partiyasından vitse-prezidentliyə namizədləri çərşənbə axşamı Nyu-Yorkda “CBS News” kanalında keçiriləcək debata hazırlaşırlar. Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias debatdan əvvəlki siyasi duruma nəzər yetirir.