Dekabrın 16-da jurnalist Teymur Kərimovun növbəti məhkəmə iclası keçirilib. Prosesdə verdiyi bütün vəsatətlər rədd edilib. Özü və vəkili məhkəmə tərkibinin dəyişdirilməsini tələb edib.
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyev barəsində hökm oxunub. O, 3 il müddətinə həbs edilib
Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovun növbəti məhkəmə iclası baş tutub. Kərimov məhkəmədə bir neçə vəsatət qaldırsa da heç biri təmin edilməyib.
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində dalandar vəzifəsində çalışan Ruhiyyə Rüstəmova iş yerində qarşılaşdığı istismarla bağlı Amerikanın Səsinə danışıb. Dəfələrlə etirazını bildirsə də, ona məhəl qoyan olmayıb və o, əlacı prezidentə müraciət etməkdə görür.
Noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, bir neçə cinayət işi ilə bağlı şahid qismində dildirilib. Ona Siyasi Menecment İstitutunun fəaliyyəti ilə bağlı da xeyli suallar verildiyini qeyd edib.
Noyabrın 25-də Xətai rayon məhkəməsində iqtisadçı Fərid Mehralızadənin evində axtarış zamanı baş verən pozuntularla bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə şikayətləri təmin etməyib. Mehralızadənin özünün prosesdə iştirakı təmin edilməyib.
Oktyabrın 29-da “Sapla” brendinin ilk mağazasının açılış mərasimi keçirilib. “Sapla” Azərbaycanda ilk dəfə zorakılığa məruz qalmış qadınların yaratdığı geyim brendidir və mağazada da həmin geyimlərin satışı nəzərdə tutulub.
Şahnaz Dadaşova İmişlinin Bəhrəmtəpə qəsəbəsində dərziliklə məşğuldur. O, qadınların maddi cəhətdən azad olmasının vacibliyindən danışır.
Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının üzvü Yaqublunun növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə Tofiq Yaqublunun vəkillərinin vəsatətləri qismən təmin edilib.
Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Kanal 11 internet televiziyasının rəhbəri Teymur Kərimovun növbəti məhkəmə iclası baş tutub. Məhkəmədə zərərçəkmiş ifadə verib. Kərimovun vəkili bu ifadələrin təzyiq altında olduğunu düşündüyünü və məhkəmənin zərərçəkəni yönləndirdiyini bildirib.
"Kubinka" sakini Gülağa Kazımov özəl tikinti şirkətlərindən birinin ötən ayın 6-da onun evini uçurduğunu deyir. O, söküntünü aparanların “RR construction” tikinti şirkətinin işçiləri olduğunu bildirir.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə sentyabrın 16-da mətbuat konfransı keçirib. O, Mərkəzi Seçki Komissiyasının qərarları ilə razılaşmadığını bildirib.
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bakı sakinlərindən indiyədək millət vəkillərinə hansısa problemlə bağlı müraciət edib-etmədiklərini soruşduq.
İyulun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbi qulluqçusu etiraz edib. Onlar əlillik təqaüdü ala bilmədiklərindən şikayət edirlər
Qaradağ rayon Lökbatan qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkdiklərini deyirlər. Onlar bu problemin illərdir davam etdiyini, aidiyyatı qurumların isə heç bir tədbir görmədiyini bildirirlər.
Lənkəranın 19-cu əsrə aid Məşədi Abbas hamamı dağılmaq üzrədir. Məşədi Abbasın nəticəsi Nəcəf Nəcəfov bu barədə Amerikanın səsinə danışıb
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu qanuna görə, iyulun 1-də qadınların pensiya yaşı 64 olub. Bakı sakinlərinin bu qərara münasibətlərini soruşduq.
İyunun 28-də Elm və Təhsil Nazirliyi önündə sertifikasiyadan keçə bilməyən bir qrup müəllim etiraz edib. Onlar imtahanlarda yaranan problemləri dilə gətiriblər.
Azərbaycanda ilin sonuna qədər növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal edilir. Bakı sakinlərindən parlament seçkiləri ilə bağlı gözləntilərini soruşduq.
Lənkəranın məişət tullantıları Göyşaban kəndində toplanılır və yandırılır. Kəndlilər isə bu vəziyyətdən narazı olduqlarını və kəndin yaşanmaz vəziyyətə çatdığını deyir.
Daha çox yüklə