Ankarada və Türkiyənin müxtəlif şəhərlərindəki heyvansevərlər Konyadakı heyvan sığınacağında itlərə qarşı zorakılığa etiraz üçün aksiya keçiriblər. Aksiyaçıların tələbi heyvanları sterilizasiya etməklə təbii yaşayış mühitlərinin qorunmasıdır.
Xətai Sənət mərkəzinini sərgi zalında yalnız Azərbaycanlı rəssamların əsərlərinə yer verilib. Gələn ziyarətçilər həm azərbaycanlı rəssamların əsərlərini görür, həm rəsm dərsi ala bilir, həm də bəyəndiyi əsərləri satın ala bilir. B
İçəri şəhərdə satışa çıxarılan bəzəkli əşyaların, suvenirlərin arxa planında qalan əl işləri sənətçilərinin həyatı ilə maraqlandıq. Sorğu keçirməyə çalışsaq da, əksəriyyəti suallarımızı cavabsız qoydu.
Ankarada "Hikmət Ağacları" adı altında canlı sərgi keçirilir. Sərgi özünəməxsus dekorasiyası ilə seçilir. Sərginin yaradıcısı dünyada baş verən hadisələrlə bağlı bir çox mövzuya ağacların dilindən toxunub.
İranın ənənəvi musiqisi müasir musiqi alətləri ilə birləşərək Ankara səhnəsində yeni üslubda səsləndirilib. "Hooyar Ansambl" adı altında birləşən qrup üzvləri Türkiyədən başlayaraq bütün dünyada fars musiqisini təbliğ etməyi hədəfləyir.
Ankara şəhəri tarixini tanıtmaq və turizmi canlandırmaq məqsədi ilə Arxeopark, Roma Teatrı və Ankara Qala Küçəsinin bərpa və konservasiya işləri sahələrini şəhər sakinlərinin ziyarətçilərinə açıq elan edib.
Türkiyədə yalnız Azərbaycan xalq mahnılarını ifa edən ansambl fəaliyyətə başlayıb. Türkiyə vətəndaşlarından ibarət ansamblın məqsədi Azərbaycan ənənəvi musiqisini ifa edərək mədəniyyətlər arası ünsiyyəti gücləndirməkdir.
Türkiyənin 100 illik yubileyi şərəfinə Ankarada təşkil edilən ilk tədbirdə ibtidai və orta məktəbli uşaqlar türk sənət musiqiləri ifa edib.
Yeni il münasibəti ilə Türkiyənin paytaxtı Ankara hazırlıqlara başlayıb. Hədiyyəlik əşyalar, şam ağacı üçün bəzəklər, müxtəlif ərzaq məhsulları Yeni il yarmarkasıda satışa çıxarılıb. İqtisadiyyatın vəziyyəti tələbatı azaltsa da paytaxt sakinlərinin əhvaıl yüksəkdir.
Türkiyədə 1 lirənin emal dəyərinin 3 lirəyə qalxdığı ilə bağlı xəbərlər yayılıb. Türkiyə Zərbxana və Damğa Çap Evi Baş İdarəsi bununla bağlı açıqlama verib. Biz də həm şəhər sakinlərinin, həm də iqtisadiyyatçı Musa Ceylanın fikirlərini soruşduq
Şahmat muzeyi Türkiyədə Ginnes Rekordlar kitabına düşən şahmat kolleksiyasının sərgiləndiyi qeydiyyatdan keçmiş ilk və yeganə muzeydir. Əsas peşəsi hüquqşünas olan Akın Gökyayın İtalyaya səfər vaxtı gördüyü əntiq şahmata heyranlığı ilə başlayan kolleksiyası bu muzeyin yaranmasına səbəb olub.
Ankarada üç qadın bir araya gələrək zərgərlik məmulatları istehsal edən emalatxana qurub. Onlar ortaq əmək nəticəsində gümüşdən zinət əşyaları hazırlayıb satışa çıxarır.
Ankarada gözəllik yarmarkası keçirilib. Gözəllik və kosmetika sektorundakı son inkişafları sərgiləyən və ticarəti intensivləşdirməyi hədəfləyən START BEAUTY ANKARA EXPO sərgisində istehlakçılara yüz minlərlə məhsul və xidmətlər təqdim edilib.
Kazino mədəniyyəti Türkiyədə uzun zamanlardan bəri populyar əyləncə anlayışlarından biridir. Lakin zaman keçdikcə kazinolar bağlanaraq müasir iş və əyləncə mərkəzlərinə çevrilib. Ankarada Zeki Müren, Ajda Pekkan kimi sənətkarların iz qoyduğu tarixi kazino teatr səhnəsi olaraq geri qayıdıb.
Türkiyədə bir il ərzində çörəyin qiyməti təxminən 30% artıb. Məsələ ilə bağlı Türkiyənin paytaxtı Ankarada həm ictimaiyyətlə, həm də çörəkçilərə sorğu keçirdik.
Bu il Türkiyədə kişilər tərəfindən ən az 327 qadın qətlə yetirilib. Türkiyə Qadın Dərnəkləri Federasiyası və Mavi Qapı Dərnəyi həm Türkiyədə, həm də dünyada qadınlara qarşı zorakılığı qınayan aksiya keçirilib.
Türkiyədə apteklərin bağlanması ilə nəticələnın iqtisadi problemlər əczaçıları narahat edir. 14 ildən sonra tarixdə ikinci ən böyük mitinqinə hazırlaşan əczaçılar haqlarını tələb etmək üçün meydana çıxıb.
Türkiyədə ilk dəfə çıxış edən "Sangita" ansamblı öz repertuarından diqqətlə seçilmiş incə ruhlu melodiyalar, canlı ritmlərlə Ankara tamaşaçısının qarşısına çıxdı.
Xaricdə yaşayan İran vətəndaşları İran etirazları ilə bağlı Amerikanın Səsinə danışıb. Təhlükəsizlik səbəbilə adının anonim qalmasını istəyən iki qadın bu hadisələrin onlara necə təsir etdiyi haqda danışıb.
Türkiyədə İtkin Şəhər Afrodisias sərgisi keçirilib. Sərgidə YUNESKO-nun Dünyanın mədəni irsi siyahısına daxil olan Geyre kəndinin fotoları təqdim olunub.
Daha çox yüklə