Kyivin mərkəzində “Mariupolun müdafiəçilərini geri qaytarın” şüarı altında dinc aksiya keçirilib. İştirakçılar “Susma”, “Azovu azad et”, “Sən yaşayırsan, onlar sağ qalmağa çalışırlar” kimi plakatlar tutaraq, 2022-ci ilin mayından əsirlikdə olan müdafiəçilərə biganə qalmamağa çağırıblar.