Ukraynanın Donetsk vilayətində yerləşən Boqorodiçnoye kəndi, iki aylıq Rusiya işğalı zamanı tamamilə məhv edildi. Bir çox sakini həlak oldu. Hətta iki ildən sonra belə, öldürülənlərin qalıqları tapılmağa davam edir.
Oleksiy Yukov və onun "Plazdarm Axtarış Qrupu" Ukrayna və Rusiya arasında gedən döyüşlərdə həlak olanlarının cəsədlərinin axtarışı və qaytarılması ilə məşğuldur.
Donetsk vilayətinin bəzi şəhərləri Rusiya qoşunlarının hücumları səbəbindən evakuasiya olunarkən, digər kiçik şəhərlər bütün çətinliklərə baxmayaraq, həyatda qalmaq uğrunda mübarizə aparırlar. Cəbhə xəttindən 12 km məsafədə yerləşən Mikolayevkada cəmi 4500 nəfər əhali qalıb.
Tammiqyaslı işğalın ilk günlərindən mayor Jilin dinc əhalinin təxliyəsi prosesinə fəal iştirak edərək, regionun qəhrəmanlarından birinə çevrilib. Təhlükələrə baymayaraq mayor Jilin və onun polis həmkarları Xarkiv vilayətində 32 000-dən çox insanı təxliyə etməyə müvəffəq olub.
Xarkiv vilayəti hərbi administrasiyasının verdiyi məlumata görə, 2 mart 2022-ci ildən 26 avqust 2024-cü ilə qədər Rusiyanın hücuma keçdiyi ərazilərdən 44 mindən çox insan təxliyə olunub. Onların arasında minlərlə azyaşlı və əlilliyi olan vətəndaş var. Evakuasiya təhlükələrə baxmayaraq davam edir.
Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkinin Amerikanın Səsinə müsahibəsi. Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Filaşkin Donest vilayətinə olan hücumlar və təxliyələr haqda danışdı.
Xarkivdə hər iki ofisinə raket zərbəsi endirilən diaspora təşkilatı, fəaliyyətini müharibə şəraitində davam etdirməyə çalışır. Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Murad Ömərovla təşkilatın yararsız hala düşmüş ofisində görüşdük.
Müharibə zamanı ən təhlükəli peşələrdən biri xilasedicidir. Ukrayna Fövqaladə Hallar xidmətinin zabiti, yanğınsöndürən növbəsinin rəisi Turqut Abbasov və onun komandası təhlükələrə baxmayaraq, hər gün yanğınlarla mübarizə aparmağa və insanların həyatlarını xilas etməyə davam edir.
Xarkiv istiqamətində Rusiyanın məqsədi nədir? Ukrayna ordusu hava məkanını təhlükəsizliyini necə təmin edə bilər? "Xarkiv" Operativ-Taktiki Ordu Qruplaşmaları sözçüsü, Polkovnik Yuriy Povx bölgədə ilk müsahibəsini Amerikanın Səsinə verdi.
Ukrayna Silahlı Qüvvələri Vovçansk istiqamətində rusiya hərbçilərini dayandırıb. Döyüş gedən ərazilərdə 12,000 insan may ayında evakuasiya edilib. Raket zərbələri nəticəsində ən az 70 mülki şəxs həyatını itirib. Bölgədəki vəziyyət ciddiliyini saxlayır, küçə döyüşləri dəvam edir.
23 may Rusiya - Ukrayna müharibəsinin növbəti qanlı səhifəsi kimi tarixə düşdü. Rusiya S-300 və S-400 tipli raketlərlə Xarkivdə yerləşən mətbəəyə zərbələr endirdi. Nəticədə mətbəədə 5-i qadın olmaqla 7 nəfər həyatını itirdi, 20 nəfər yaralandı.