Paytaxtın mərkəzində, böyük binaların əhatəsində xarabalıqdan çox da fərqlənməyən yaşayış yeri var. Bura Xətai rayonu, Ələddin Quliyev küçəsi, başqa adıyla desək, “İkinci yama” adlanan ərazidir. Sakinlər söküntülərin arasında yaşamağın çətinliyindən danışırlar.