“Biz Heydər Əliyev siyasətinin möhkəm davamçıları olmuşuq, amma…”, - İmişlidə məcburi köçkün ailəsi. Baba Allahverdiyev və Fəridə Məmmədova cütlüyü 45 ildən çox qaçqın və məcburi köçkünlər üçün məktəb və bağçada müəllimlik ediblər.
Bakı sakinləri karantinla bağlı hər yer bağlandıqdan sonra dəniz kənarında istirahətə toplaşıb. Yaz havasından bəhrələnmək istəyən sakinlər bir neçə gündür ki, çimərliklərdə samovar dəmləyib, ocaq qalayıb, istirahət edir.Polis bu yığıncaqları dağıtmağa başlayıb.
Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yaşayan sakinlər ərazidə aparılan tikinti işlərinin onların həyatına təhlükə yaratdığını iddia edir.
Taleh Şirinov artıq bir ildən çoxdur ki, Bakıda sosial sahibkarlıqla məşğuldur. İdarə etdiyi xanımlar üçün anti-kafedə xanımların həm istirahəti həm də şəxsi inkişafı üçün faydalı tədbirlər təşkil olunur.Mart ayında COVİD19 virusunun dünyada yayılmağa başlaması Taleyin də işində özünü biruzə verib
Bakıda xüsusi karantin rejimi elan olduğu üçün polis insanları evdə qalmağa çağırır. Lakin martın 26-da çəkilən videogörüntülərdə insanların xüsusi karantin rejiminə baxmayaraq şəhərdə gəzdiklərini görmək olur. Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib
Martın 18-də bir qrup şəxs Türkiyədə həbs olunan Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığını tələb etmək üçün aksiya təşkil edib. Vətəndaşlar Türkiyənin Azərbaycandakı Səfirliyi qarşısında toplaşmağı planlayırdı.
"Azerbaijan Design Award" layihəsinin final gecəsi keçirilib. Artıq ikinci ildir ki, keçirilən layihəyə bu il 6 ölkədən 400-dən artıq dizayner qatılıb. Bu rəqəmlər keçən ilə nisbətən 50% çoxdur.
Feminist fəallar 8 mart gününün əsas mahiyyətini geri qaytarmaq məqsədi ilə keçən il 8 mart tarixində Azərbaycanda ilk dəfə qadın hüquqları uğrunda yürüş təşkil ediblər. Bu il də ənənəyə sadiq qalaraq, yürüşə hazırlıqlar gedir.
Rəssam Elturan Məmmədovun ARTIM Layihə Məkanında "Müvafiq tədbirlər" adlı ilk fərdi sərgisi keçirilib. Sərginin adı və ümmiyyıtlə ideya Azərbaycanın mediasında tez-tez rastlanan şablon xarakterli mətnlərindən ilhamlanıb.
Xocalı faciəsindən 28 il ötür. Minlərlə insan faciəni anmaq məqsədilə “Ana fəryadı” abidəsini ziyarət edib.
Bugün Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ana Fəryadı abidəsini ziyarətə gələn müxalifət partiyalarına müxtəlif əngəllər törədilib. Belə ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvləri bir müddət ziyarətə buraxılmayıb.
Fevraın 26-da Bakı Apellasiya Məhkəməsində 9 saylı Binəqədi 2-ci seçki dairəsindən deputatlığa namizəd Ülvi Həsənlinin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb. Qərara əsasən şikayətçinin tələbi təmin olunmayıb
Heyvansevərlər şəhərin mərkəzində növbəti etiraz aksiyası keçiriblər. Bu dəfə Heydər Əliyev Fondunun binası qarşısında. Aksiyanın əsas şuarı “stop toplan” və “qətliyama son” olub. Polis əməkdaşları təşkilatçı Elxan Mirzoyev və daha 4 etirazçını hadisə yerindən uzaqlaşdırıblar.
Ana südü, saçlar… Bunları özünüzə yadigar saxlamaq barədə heç düşünmüsünüz? Afət Məmmədova bir neçə ildir bu komponentləri birləşdirib, kulonlar yaradaraq bunu etməyi bacarıb. O hesab edir ki, yaratdığı kulonlar ən azı foto qədər insanda xatirə yarada bilər.
Bu gün MSK-nın binası qarşısında növbəti etiraz aksiyası keçirilib. Aksiya başlamadan əvvəl, Polis əməkdaşları etirazçıları oradan uzaqlaşdırmağa cəhd edib. Deputatlığa namizədliyini verən Xalid Bağırov mülki geyimlilər tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.
Bəxtiyar Hacıyev: Düşünürəm ki, hakimiyyət bir seçim etməlidir: ya insanların seçiminə hörmət etməlidir, ya da insanların seçiminə tüpürüb deməlidir ki, biz nə istəyirik, onu da edirik.
Bu gün səhər saatlarında polis əməkdaşları Sovetski sakini Yaşar Əliyev və onun iki ailə üzvünü polis idarəsinə aparıb. Zərərçəkmişlər iddia edir ki, onlar 4 saata yaxın əsassız olaraq bölmədə saxlanılıb. Evə geri döndükdə isə ev artıq sökülmüş halda olub.
Fevralın 15-də bir neçə müstəqil namizəd Mərkəzi Seçki Komissiyasının binasının önündə parlament seçkilərinin nəticələri ilə bağlı öz etirazlarını bildiriblər.
Müstəqil namizəd Rəbiyyə Məmmədova fevralın 11-də keçirilən aksiya və onlara qarşı təzyiqlərlə bağlı danışıb
14 saylı Xəzər seçki məntəqəsindən müstəqil namizəd seçkilərdə olan saxtakarlıqlara etirazını bildirir: "Qanun pozuntusu baş verib".
Daha çox yüklə