Portuqaliyanın paytaxtı Lissabonda minlərlə insan parlament binasının önünə doğru yürüyüş edərək ədalətli həyat şərtləri tələbilə nümayiş keçiriblər.
Kristina adlı rəssam hər gün Parisin mərkəzindəki Lüksemburq bağlarında dünyanın müxtəlif yerlərindən Fransaya səyahət edən insanlara Parisi sulu boya sənəti ilə kəşf etməyə kömək edir.
Son günlərdə Portuqaliyada hər ilin fevral-mart aylarında olduğu kimi ənənəvi karnaval keçirilir. Karnaval ab-havası ən çox paytaxt Lissabonun küçələrində hiss edilir.
Ötən həftə Lissabonun mərkəzində veqan aktivistlərin nümayişi keçirilib. Onlar nümayişi dünyada ən çox süd sənayesindən istifadə edən şirkətlərdən birinin önündə keçiriblər.
Lissabonda yaşayan Yonas incəsənətin qeyri-adi bir növü - qum heykəltaraşlığı ilə məşğul olur. O, illərdir hər gün çayın kənarına gəlir və öz əl işləri ilə buranı gözəlləşdirir. Gördüyü işi sevsə də, o zaman-zaman buna görə çətinliklərlə də üzləşir.
Portuqaliyada minlərlə müəllim maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə paytaxt Lissabonda küçələrə çıxıb. Onlar öz vəzifə müddətinin, karyera yüksəlişinin və maaşların yaxşılaşdırılmasını tələb ediblər.
Portuqaliyanın paytaxtı Liissabon hal-hazırda büyük mənzil problemi ilə qarşı-qarşıyadlr. Mənzil kirayəsi və alış qiymətləri o qədər yüksəkdir ki, yüksək gəliri olmayan insanların bu şəhərdə ev kirayə etməsi demək olar mümkünsüzdür.
Portuqaliyanın ən qədim bit bazarı hər həftənin çərşənbə axşamı və şənbə günləri ziyarətçilərini qəbul edir. Bu bazarda geyim və məişət əşyalarından müxtəlif qədim əşyalara qədər hər şey tapmaq mümkündür. Bazarın alıcılarından nəyə görə ikinci əl əşyalara üstünlük verdiklərini öyrəndik.
Ötən həftənin cümə günü Portuqaliyada iqlim fəalları ölkədə axşam qatarı səfərlərinin təxirə salınmasına etiraz etmək üçün Santa Apalonia qatar stansiyasına yığışıblar. İqlim fəalları səfərlər yenidən başlayana qədər hər ayın ilk cümə günü burada qatarı gözləyərək rəqs edəcəklər.
Hər il olduğu kimi bu il də Portuqaliyanın paytaxtı Lissabon Milad bayramını qeyd etmək üçün işıqlarla bəzədilib. Şəhər sakinləri və turistlər yaxınları üçün hədiyyələr almaq, işıqları seyr etmək, isti şokolad və şərab içmək üçün şəhərin meydanında qurulan ənənəvi Milad marketinə axın edirlər.
2022-ci il Dünya Futbol Kubokunun başlaması ilə Portuqaliyada insanlar arasında həyəcan yaranıb. Portuqaliyanın paytaxtı Lissabonda insanlar Uruqvay və Portuqaliya arasındakı oyunu müxtəlif məkanlara yığışaraq izləyiblər. Oyun 2-0 Portuqaliyanın qələbəsi ilə başa çatıb.
Hər il yüzlərlə insan dünyanın ən böyük dalğalarını izləmək üçün Portuqaliyanın Nazare sahilinə axışır. Buradakı dalğalar qorxulu görünsə də, dünyanın ən böyük sörfinq yarışmaları məhz bu sahildə keçirilir.
Eluca Atalı İsveçin Stockholm şəhərində yaşayan yazıçıdır. Yad bir ölkədə yaşamaq ilk başlarda çətin olsa da, zamanla bura onun üçün doğmalaşıb və İsveçin təbiəti onun yaradıcılığına müsbət təsir edib. O, Stokholmda tanınıb və İsveçin kral ailəsini də öz yaradıcılığı ilə tanış edib.
Ruhiyyə İsayeva İsveçdə miqrasiya işləri üzrə müdafiəçi kimi təsdiq olunan ilk azərbaycanlı vəkildir. Lund və Uppsala universitetlərinin məzunu olan və İsveçdə öz sahəsi üzrə uğurlu karyera quran Ruhiyyə İsayeva ilə bu reportajda İsveçdə həyat və təhsil, tələbə həyatı haqda danışdıq.