Qubada dağ ətəyində yerləşən Cimi kəndinin sakinləri öz problemlərini bölüşür. İşsizlik, qazın olmaması kəndi tərk edənlərini sayını günbəgün artırır. Qonşuluqda yerləşən Qonaqkənddə asfalt çəkilsə də, ordan Cimiyə kimi 3 kilometrlik məsafə çınqıl-daşlı yoldur.