ABŞ Suriya prezidenti Əsədə dəstək verən təşkilatlara sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) çərşənbə günü Suriya Prezidenti Bəşər Əsədin səylərini dəstəklədiyi üçün bir nəfərə və doqquz təşkilata qarşı sanksiyalar tətbiq edib.

ABŞ hökuməti həmin təşkilatların Əsədin lüks daşınmaz əmlaklarını maliyyələşdirdiyinə inanır.

"Əsədlə əlaqəsi olan korrupsioner iş adamları daşınmaz lüks əmlaklara sərmayə qoymaqla günahsız dinc əhalinin evlərini məcburi tərk etməsi və Suriya xalqına qarşı repressiyaları ağırlaşdırıb " - deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

"ABŞ Suriya xalqına humanitar yardım göstərməyə sadiq qaldığı halda Əsəd rejimi bundan faydalanmağa çalışır" - deyə, Mnuçin əlavə edib.

Bu, 2019-cu il Sezar Suriya Mülki Müdafiə Qanunu (Sezar Aktı) çərçivəsində Xarici Aktivlərə Nəzarət İdarəsinin ikinci sanksiyasıdır. Sezar aktına əsasən bütün hədəflərin Əsədə dəstək verdiyi və yenidənqurma səylərinə yardım etdiyininə inanılır.