Əsrarəngiz Multnomah şəlaləsi

Your browser doesn’t support HTML5

Oregon ştatı təkcə yaşıllıq və meşəlikləri ilə deyil, həm də gölləri və şəlalərəri ilə məşhurdur. Bu ştatda 240-a yaxın şəlalə var. Bunların çoxu Portland şəhrindən cəmi 50 km şərqdə Kolumbiya Çayı adlı Kanyonda yerləşir. Buradakı şəlalərin sayı 90-dır. Amma içərilərində ən məşhuru Multnomah şəlaləsidir. Yerli folklor əfsanəsinə görə, Multnomah şəlaləsi gizli yerdə çimmək istəyən şahzadə qızın qəlbini qazanmaq üçün yaradılıbmış.