Ərdoğan Avropa İttifaqı rəsmiləri ilə miqrantlara dair razılaşmanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədəki miqrant axını məsələsini müzakirə etmək üçün bazar ertəsi Brüsseldə Avropa İttifaqının rəsmiləri ilə görüşəcəyini bildirib.

Ərdoğan Suriyadan gələn miqrantlar Türkiyə sərhədini keçməyə davam etdikcə Ankaranın Türkiyədəki miqrantların Avropa İttifaqı ölkələrinə getməsinə mane olan 2016-cı ilə aid qanuna artıq əməl edə bilməyəcəyini deyib.

"Sabah Belçikada Avropa İttifaqının rəsmiləri ilə görüşüm olacaq" – deyə, Ərdoğan bazar günü İstanbulda çıxışı zamanı bildirib.

2016-cı il razılaşmasına görə, Avropa İttifaqı miqrantların mənzil və təhsillə təmin edilməsini maliyyələşdirmək üçün Türkiyəyə təxminən 6.8 milyard dollar maliyyə vəsaiti verməli idi. Lakin Ankara bu maliyyəni almadığını bildirir.

"Ümid edirəm ki, Belçikadan fərqli nəticələrlə qayıdacağam" – deyə, Ərdoğan bildrib.

Türkiyə bazar günü Yunanıstanı sərhədlərini açmağa çağırıb.

Ankara tərəfindən şənbə günü bir müsbət addım atılıb. Belə ki, rəsmilər təhlükəsizlik səbəblərinə görə miqrantların Yunanıstana Egey dənizi ilə keçməsinə icazə verməyəcəklərini açıqlayıb. Lakin Türkiyə Bolqarıstan və miqrantlar və Yunanıstan sərhədçiləri arasında günlərlə davam edən toqquşmaların gərginliklərin artmasına gətirib çıxardığı Yunanıstanla quruda sərhəddə eyni məhdudiyyətlər tətbiq etməyib.

Bu həftə Avropa İttifaqının daxili işlər və xarici işlər nazirlərinin bir-birinin ardınca keçirdiyi təcili iclasları və qurumun yüksək səviyyəli rəsmiləri tərəfindən Yunanıstan sərhədinə səfərlərinin ardınca üzv ölkələr Ankara tərəfindən şantaj edilmələrinə yol verməyəcəklərini bildirib. Onlar Türkiyənin miqrantlarla bağlı sazişə tam hörmət etməli olduğunu və əlavə yardım məsələsini bundan sonra nəzərdən keçirəcəklərini bildirib.

Təxminən 3,7 milyon qaçqını qəbul edən Türkiyə Suriyanın İdlib bölgəsindəki döyüşlərdən sonra Türkiyəyə daxil olmağa çalışan yeni qaçqın dalğası ilə əlavə təzyiqlə qarşılaşır.