Əlcəzairdə seçki təxirə salına bilər, etirazlar davam edir

Əlcəzairdə etirazlar davam edir

Bir mənbənin cümə günü verdiyi məlumata görə, Əlcəzairdə yaxında keçirilməsi gözlənilən prezident seçkiləri çox güman təxirə salınacaq, çünki etirazçılar artıq 13-cü cümə günüdür küçələrə axışıb ölkənin hakim elitasının devrilməsini tələb edir.

Etirazçılar istefa vermiş prezidentin bütün yüksək rütbəli məmurlarının getməsini tələb edir.

Prezident Abdeləziz hakimiyyətdə 20 il qaldıqdan sonra ötən ay etirazçılar və ordunun təzyiqləri nəticəsində istefa verib, lakin nümayişçilər hələ də siyasi islahatların aparılmasını və keçmiş hakimiyyətdə xidmət göstərən bütün rəsmilərin vəzifələrindən getməsini tələb edir.

Prezident seçkisi iyulun 4-nə təyin olunub. Lakin məsələ ilə yaxından tanış olan bir mənbə səsvermənin vaxtında keçirilməsinin təşkil olunmasındakı çətinliklər və küçələrdəki etirazlar səbəbilə təxirə salınacağını deyib.

Əlcəzairdə etirazlar

“İyulun 4-də seçki keçirilməyəcək”– deyə, o, Reuters-ə bildirib.

Yüzlərlə etirazçı cümə günü yenidən bir araya gələrək, müvəqqəti prezident Əbdülqədir Bensalah və Buteflikanın istefa verməzdən bir neçə gün öncə təyin etdiyi baş nazir Nurəddin Beduinin istefalarına çağırır.

Paytaxt Əlcəzair şəhərində nümayiş etdirilən plakatların birinin üzərində “Rüsvayçılıq seçkisinə yox deyirik. İlk olaraq Bensalah və Beduini devirin” şüarı yazılmışdı.

Keçid dövründə ölkəyə nəzarət etmək üçün nəzərdə tutulan insanlar arasında sabiq mühafizəkar nazir Əhməd Talıb İbrahimi və texnokrat sabiq baş nazir Əhməd Benbiturun adları hallanır.

Keçidə nəzarət edən Konstitusiya Məhkəməsinin yaxınlarda seçki prosesi ilə bağlı bəyanat verəcəyi gözlənilir. Prezidentliyə namizədlərin 60 min imza toplamaları üçün son möhlət tarixi mayın 25-nə təyib olunub.

Mənbə Reuters-ə bildirib ki, səsvermə bu ilin sonunadək təxirə salına bilər. Onun dediyinə görə, keçid dövründə ölkəyə nəzarət etmək üçün nəzərdə tutulan insanlar arasında sabiq mühafizəkar nazir Əhməd Talıb İbrahimi və texnokrat və sabiq baş nazir Əhməd Benbiturun adları hallanır.