Təqribən iki ay Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanılan Azərbaycanlı fəal Əkbər Nəimi müvəqqəti olaraq sərbəst buraxılıb.
Günaz TV saytı və insan haqları fəalları sosial mediada bu barədə məlumat yayıb.
Milli fəal Əkbər Nəimi Martın 15-də Evin həbsxanasındakı İnqilab məhkəməsinin qərarı ilə 200 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Türk fəalın fevralın 18-də təxminən bir ay vəziyyəti barədə xəbər olmadıqdan sonra ailəsinə zəng etməsinə izin verildi. O, ailəsinə “Evin” həbsxanasının Kəşfiyyat Nazirliyinə aid 209-cu bölməyə köçürüldüyü və sərbəst buraxılması üçün 200 milyon tümənlik mülki zəmanət qərarının təyin olduğunu xəbər vermişdi. Ancaq bir gün sonra ailəsinin məhkəməyə getdiyi zaman prokurorluq məhkəmə işinin tamamlanmamasından dolayı milli fəalı sərbəst buraxılmasına mane olmuşdu.
Nəimi yanvarın 22-də çalışdığı iş yerinə İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, daha sonra onun evində axtarış aparılaraq fəala aid şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunmuşdu.
Əslən Qərbi Azərbaycan vilayətini Xoy şəhərindən olub Tehranda yaşayan Əkbər Nəimi daha öncə İran rəsmiləri tərəfindən qapadılan “Günəbaxan” mədəniyyət mərkəzinin qurucularındandır.